ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ƏMTQ sənədlərinin hazırlanması
ƏMTQ sənədlərinin hazırlanması: - Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması Azərbaycan Respublikasının Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Qanunu təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə, sosial sferaya və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
ƏMTQ sənədlərinin hazırlanmasına tələb istehsal xidmət sahələri, infrastruktur obyektləri və komplekslərin layihələndirilməsi, yenidən qurulması, konservasiya və ya ləğv olunması, yeni texnika ilə təchiz olunması və genişləndirilən obyektlər üçün nəzərdə tutulmuşdur. 
ƏMTQ layihəsi aşağıdakı prioritetləri nəzərə alır:
layihənin planlaşdırma vә tərtibatı mәrhәlәsindә ətraf mühitlə bağlı problemlərin nәzәrә alınmasını tәmin  etmək;
layihənin icrasında ətraf mühit üzrә yüksək standartlara cavab verən tələblərin nәzәrә alınmasını tәmin etmәk;
әtraf mühit vә sosial sahә üzrә tәsirlәrin aşkar edilmәsini, hәmçinin uyğun hallarda onların sayının müəyyən  olunmasını,  qiymәtlәndirilmәsini vә azaldılması üzrә tәklif olunan tәdbirlәri yerinə yetirmək;
qanunvericiliklə bağlı şәrt vә tәlәblәrin nәzәrә alınmasını tәmin etmәk;
layihә ilә bağlı bütün maraqlı tәrәflәrlә mәslәhәtlәşmәlәrin aparılması, onların fikir vә tәkliflәrinin nәzәrә  alınması.
Ekoloji qanunvericiliyin tələblərinə əsasən yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) ixtisas attestatı almış mütəxəssislər Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini hazırlamaq hüququna malikdir. Belə ki, “Ekologiya” İdarəsinin mütəxəssisləri ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciləri ixtisas attestatı almışdır.
Uzun müddətdir ki, “Ekologiya” İdarəsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi” üzrə ixtisaslaşmışdır. İdarə fəaliyyəti dövründə SOCAR-ın müəsisə və təşkilatları, Birgə müəssisə və əməliyyat şirkətləri, həmçinin yerli və beynəlxalq şirkətlər üçün sifariş əsasında ƏMTQ sənədinin hazırlanması xidmətini göstərir. 
Hazırda mövcud olan yerli qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların tələblərinə uyğun ƏMTQ sənədinin hazırlanması və həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması “Ekologiya” İdarəsi tərəfindən təmin edilir.









Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.