Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində aparılmış struktur dəyişiklikləri haqqında.
|
"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində
aparılmış struktur dəyişiklikləri haqqında.
Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılması sahəsində Respublika Prezidentinin silsilə
sərəncamları ilə ARDNŞ-nin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu
vəzifələrin həyata keçirilməsi məqsədilə ARDNŞ-nin 07.03.2008-ci il
tarixli, 39 saylı əmri ilə təsisçisi olduğu "Ekol Mühəndislik
Xidmətləri" QSC-nin də qarşısında önəmli öhdəlikləri vardır.
Bu öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsi üçün QSC - də
çevik və müasir standartlara cavab verən idarəetmə strukturunun
yaradılması zəruriyyəti yaranmış və bununla əlaqədar olaraq 01.05.
2008-ci il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni strukturu
formalaşdırılaraq fəaliyyətə başlamışdır.
Yeni strukturda "Torpaqların rekultivasiyası departamenti",
"Tullantıların emalı departamenti", "Ekoloji Monitorinq departamenti",
"Maliyyə və uçot departamenti" və bir sıra operativ idarəetmə struktur
bölmələri fəaliyyət göstərir.
tarix : 01.05.2008
|
|
|
|
|
|
|