Xidmətlərimiz
|
|
|
|
Yeni texnologiya və texnikanın tətbiqi öz bəhrəsini verir.
|
Yeni texnologiya və texnikanın tətbiqi öz bəhrəsini verir.
Azərbaycan Respublikası
Prezidentinin 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə
təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010 -cu illər üçün Kompleks Tədbirlər
Planı"-nın icrası ilə əlaqədar, neftşlamın emalı üçün "Ekol Mühəndislik
Xidmətləıri" Qapalı Səhmdar Cəmiyyəti 2008-ci ilin may ayında xarici
təsisçinin invistisiyası hesabına Alfa-Laval Şirkətinin müasir tipli,
gücü 30 m3/saat olan 2 ədəd qurğusunu almışdır. Qurğulardan
biri "Bibiheybətneft" NQÇİ-nin mədən sahəsində, digəri isə Heydər
Əliyev adına BNEZ-nun 9 saylı sexinin ərazisində quraşdırılmışdır.
Yeni qurğuların tətbiqi ilə əlaqədar 2008-ci ilin may ayında
"Bibiheybətneft" NQÇİ-nin mədən sahəsindəki qurğuda 3200 ton, BNEZ-nun
9 saylı sexinin ərazisindəki qurğuda isə 4491 ton neftşlam emal
edilərək zərərsizləşdirilmişdir ki, bununla da ətraf mühitə göstərilən
mənfi təsirin qarşısı xeyli dərəcədə azaldılmışdır.
tarix : 06.06.2008
|
|
|
|
|
|
|