"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici təsisçisi "Lancer Services
S.A." Şirkətinin rəhbərliyinin dəvəti ilə QSC-nin baş direktoru Soltan
Əliyev iyunun 25-dən 29-dək Almaniya Respublikasının Frankfurt-Mayn
şəhərində işgüzar səfərdə olmuşdur.
Səfər zamanı Soltan
Əliyev "Lancer Services S.A." Şirkətinin rəhbərliyi ilə "Ekol
Mühəndislik Xidmətləri" QSC-nin maddi-texniki bazasının
gücləndirilməsi, perespektiv inkişaf planları, Respublikamızda bir sıra
ekoloji layihələrin həyata keçirilməsi, yeni texnika və
texnologiyaların tətbiqinə investisitya qoyuluşunun artırılması və
digər məsələləri qarşılıqlı anlaşma şəraitində müzakirə etmiş və bu
məsələlərin müsbət həlli üçün razılıq əldə olunmuşdur.
Səfərdə olduğu müddətdə Soltan Əliyev sənaye-çirkab sularının
təmizlənməsi, sutəmizləyici qurğuların layihələndirilməsi və
quraşdırılması sahəsində tanınmış OSWALD SCHULZE və EMSCHER
GENOSSENSCHAFT Şirkətlərinin yeni texnalogiyaları ilə tanış olmuş,
onlarla təcrübə mübadiləsi aparmış və gələcəkdə qarşılıqlı əməkdaşlıq
üçün ilkin razılığa gəlinmişdir.
29.06.2008-ci il tarixdə səfər uğurla başa çatmışdır.