Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC - də yeni sutəmizləyici qurğu istifadəyə veriləcəkdir
|
"Ekol Mühəndislik Xidmətləri" QSC - də yeni sutəmizləyici qurğu istifadəyə veriləcəkdir
"Ekol Mühəndislik Xidmətləri" QSC
öz maddi-texniki bazasının gücləndirilməsini, yeni texnika və
texnalogiyaların tətbiq edilməsini daimi diqqət mərkəzində saxlayır.
Bu məqsədlə xarici təsisçinin investisiyası hesabına, Heydər
Əliyev adına BNEZ-nun 9-cu sexinin istismar sahəsində 2007-ci ildə
tikintisinə başlanmış, Almaniyanın "Facet" Şirkətinin ən müasir, gücü
1200 m3/saat olan sutəmizləyici qurğusunun tikinti işləri başa çatdırılmışdır.
Hazırda alman mütəxəssisləri qurğuda quraşdırma və tamamlama
işlərini yerinə yetirir, qurğunun iş prinsipi və istifadə qaydaları
haqqında QSC-nin mütəxəssisləri ilə birgə treninqlər keçirirlər. Alman
mütəxəssislərinin fikirincə qurğuda quraşdırma və tamamlama işləri 20
gün müddətinə başa çatdırılıb istifadəyə veriləcəkdir.
Bu qurğunun ən üstün cəhəti sənaye-çirkab sularının qapalı
sistemlə təmizlənməsi və bununla da ətraf mühitə atılan zərərli
maddələrin miqdarının minimuma endirilməsindən ibarətdir.
Qurğu işə düşdükdən sonra QSC-nin açıq sistemli mexaniki
təmizləmə qurğularının bir qisminin istismarı dayandırılacaqdır.
tarix : 09.07.2008
|
|
|
|
|
|
|