Xidmətlərimiz
|
|
|
|
Ekologiya sahəsində kadrların hazırlanması günün tələbidir.
|
Ekologiya sahəsində kadrların hazırlanması günün tələbidir.
Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılması dövlətimizin qarşısında duran ən mühüm
vəzifələrdən biridir. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə
ekologiya sahəsində ixtisaslı kadrlara olan təlabatı nəzərə alaraq ali
təhsil ocaqlarında çoxlu sayda fakultələr və kafedralar fəaliyyət
göstərir. "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar
Cəmiyyətində də kadr potensialının gücləndirilməsi, peşəkar kadrların
cəlb olunması və QSC-də çalışan işçilərin bilik səviyyələrinin
artırılması daim rəhbərliyin diqqət mərkəzindədir.
Bununla əlaqədar olaraq Bakı Dövlət Universitetinin və "Ekol
Mühəndislik Xidmətləri " QSC-nin rəhbərlərinin razılığına əsasən iyul
ayından başlayaraq Universitetin ekologiya fakultəsinin tələbələrinə
QSC-nin istehsalat sahələrində praktiki məşğələlər keçirilir. Bu
məşğələlər tələbələrin praktiki biliklərinin artırılması ilə yanaşı
gələcəkdə müəsisə üçün kadr seçiminə də böyük imkanlar yaradır.
Praktiki məşğələlər zamanı QSC-nin istehsalat sahələrindəki
texnoloji proseslər, yeni texnika və texnalogiyaların tətbiqi tələbə və
müəllim heyətində böyük maraq doğurmuş onların təcrübi biliklərinin
artırılmasında dolğun fikir formalaşdırmışdır.
Tələbələrin praktiki məşğələlərinin səmərəli keçməsi üçün
QSC-nin bacarıqlı mütəxəsisləri cəlb olunmuş, Universitetin müəllim və
tələbə heyəti məşğələlərin yüksək səviyyədə keçməsindən razı
qaldıqlarını bildirmişlər.
Praktiki məşğələlər davam etdirilir.
tarix : 11.07.2008
|
|
|
|
|
|
|