ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Bibiheybət" sahəsində görülən işlər diqqət mərkəzindədir
"Bibiheybət" sahəsində görülən işlər diqqət mərkəzindədir

Məlum olduğu kimi, İyulun 12-də əsaslı təmirinə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə başlanılmış, dini-mənəvi dəyərlərimizin bir nümunəsi olan "Bibiheybət" məscidinin açılış mərasimi olmuşdur.
       Mərasimi giriş sözü ilə açan Prezident İlham Əliyev "Bibiheybət" məscidinin yüksək səviyyədə təmir edildiyini, zəvvarlar üçün hərtərəfli şərait yaradıldığını, bu dini tarixi abidənin gələcək nəsillər üçün də böyük tərbiyəvi əhəmiyyət kəsb etdiyini və onun qorunub saxlanmasında hər bir azərbaycanlının mənəvi borcu olduğunu xüsusilə qeyd etdi.
       Yolüstü Prezident İlham Əliyev cənabları və dövlət rəsmiləri "Bibiheybət" NQÇİ-nın mədən ərazisini seyr etmişlər.
       ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev aparılan işlər barədə ölkə başçısına məlumatlandırmış, İlham Əliyev cənabları öz tövsiyə və tapşırıqlarını vermişdir.
       Bir zamanlar bataqlıqlar, çirkli gölməçələr və zibilliklərlə əhatə olunmuş bu ərazinin mənzərəsi tamamilə dəyişmiş, bataqlıqlar, gölməçələr qurudulmuş, ərazi hamarlanmış, zibilliklərdən təmizlənmiş və yaşıllıqlar salınmışdır.
       "Bibiheybət" sahəsində görülən işlərin əsas podratçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivi ölkə başçısının bu sahədə aparılan işlərə diqqət yetirməsindən qürur hissi keçirmiş , bu sahədə daha yüksək nəticələr əldə olunması üçün bütün qüvvələri səfərbər etməyi qarşıya məqsəd qoymuşlar.
       "Ekol Mühəndislik Xidmətləri" QSC "Bibiheybət" sahəsində ekoloji layihələrin icrasını davam etdirir.


tarix : 16.07.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.