Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC Respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak edir.
|
"Ekol Mühəndislik Xidmətləri" QSC Respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak edir.
18 iyul 2008-ci il tarixdə YAP Nizami rayon təşkilatının VI-cı konfransı keçirilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra
katibi, millət vəkili Əli Əhmədov, ARDNŞ-nin Prezidenti, millət vəkili
Rövnəq Abdullayev, Nizami rayonunun İcra başçısı Mehbalı Əliyev və
rayon fəalları iştirak etmişlər. YAP "Ekol" ilk ərazi təşkilatının
nümayəndələri də konfransa qatılmışlar.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər, Milli Lider
Heydər Əliyevin məzarını ziyarət etmiş və əklil qoymuşlar. Daha sonra
konfrans öz işinə başlamışdır.
Konfransda YAP Nizami rayon təşkilatının hesabatı
dinlənilmiş, təşkilatı məsələlərə baxılmış və Respublika Prezidenti,
Yeni Azərbaycan Partiyasını sədri İlham Əliyev cənablarına müraciət
qəbul olunmuşdur. Hesabat məruzəsində YAP "EKOL" ilk ərazi təşkilatının
Nizami rayonun ictimai-siyasi həyatındakı fəal iştirakı xüsusilə
vurğulanmışdır.
Konfransda "Ekol Mühəndislik Xidmətləri " QSC-nin baş
direktoru Soltan Tərlan oğlu Əliyev Yeni Azərbaycan Partiyası Nizami
rayon təşkilatının siyasi şurasına üzv seçilmişdir ki, bu da bir daha
QSC-nin ictimai-siyasi həyatdakı fəallığını əks etdirir.
tarix : 21.07.2008
|
|
|
|
|
|
|