Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC BP Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirir
|
"Ekol Mühəndislik Xidmətləri" QSC BP Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrindən biri də parafinin təmizlənməsidir.
2006-cı ildə QSC-nin Tullantıların emalı departamentinin 7-ci
sahəsində( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexi ) gücü 17 ton /dövr
olan müasir tipli parafinin təmizlənməsi sexi tikilib istifadəyə
verilmişdir. Parafinin təmizlənməsi sexinin iş prinsipi, gücü,
müasirliyi və ekoloji cəhətdən üstünlüyü bir çox yerli və xarici
şirkətlərdə, o cümlədən, BP Əməliyyat Şirkətində də maraq doğurmuşdur.
2007-ci ilin əvvəlindən başlayaraq, kontrakt əsasında BP
Əməliyyat Şirkətinin neftin çıxarılması prosesində formalaşmış yüksək
parafin tərkibli qarışıqları bu sexdə təmizlənmişdir.
2008-ci ilin I-ci yarısında Parafinin emalı və
təmizlənməsi sexində BP Əməliyyat Şirkətindən qəbul edilmiş 136 m3, iyun ayında isə 16.8 m3 parafin təmizlənmişdir.
Bu sahədə Bp Əməliyyat Şirkəti ilə əməkdaşlıq davam etdirilir.
tarix : 24.07.2008
|
|
|
|
|
|
|