Xidmətlərimiz
|
|
|
|
Elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır
|
Elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır
"Ekol Mühəndislik Xidmətləri"
QSC-nin fəaliyyət sahələrində işin fasiləsizliyinin təmin edilməsində
elektrik təsərrüfatının mühüm əhəmiyyəti vardır. Bu məqsədilə
müəssisədə avtonom elektrik təsərrüfatı yaradılmışdır. Elektrik
təsərrüfatına QSC-nin struktur bölməsi olan Elektromexaniki təmir sexi
xidmət göstərir. Cari ildə QSC-də yeni fəaliyyət sahələrinin yaradılması
və müasir tipli modul qurğuların quraşdırılması ilə əlaqədar olaraq
elektrik enerjisinə artan tələbatı nəzərə alaraq, müəssisənin elektrik
təsərrüfatında yenidənqurma işləri aparılmışdır.
Tullantıların emalı departamentinin 6-cı, 7-ci və 8-ci
sahələrində, QSC-nin inzibati və məişət binalarında və digər yardımçı
təsərrüfat sahələrində yeraltı kabel xətləri yenisi ilə əvəz olunmuş,
paylayıcı stansiyalarda yeni AVM qurğuları quraşdırılmışdır. Bir çox
elektrik mühərrikləri və nəzarət ölçü cihazları yenisi ilə əvəz
olunmuş, generatorda təmir işləri başa çatdırılmışdır.
Hazırda Tullantıların emalı departamentinin 7-ci sahəsində
("Azərneftyağ" NEZ) neftşlamın emal edən "Alfa-laval" qurğusunun
elektrik sistemi quraşdırılır.
tarix : 28.07.2008
|
|
|
|
|
|
|