ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev yeni qurğunun ixtirasına görə Patent almışdır
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev yeni qurğunun ixtirasına görə Patent almışdır 

Soltan Əliyev        Bu gün Respublikamızda neftlə çirklənmiş torpaqların təmizlənməsi ən aktual məsələlərdən biridir.
       Bununla əlaqədar olaraq 2006-cı ilin iyun ayından başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Tərlan oğlu Əliyev və Azərbaycan Neft Akademiyasının müəllimi Alımustafa Müstafa oğlu Mustafayev bu problemin həllinin araşdırılmasına başlamışlar. Nəticədə neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulu və bunun həyata keçirilməsi üçün yeni MS-1 (1-ci model ) qurğusunu ixtira etmiş və onu uğurla sınaqdan keçirmişlər.
       26.12.2007-ci il tarixdə qeydiyyatdan keçmək üçün qurğunun layihəsi və iddia sənədləri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə Patent Şöbəsinə təqdim olunmuşdur.
       31.03.2008-ci il tarixdə adı çəkilən Agentliyin "Sənaye Mülkiyyəti, İxtiralar, Faydalı Modellər, Sənaye Nümunələri" rəsmi bülletenində qurğu haqqında müfəssəl məlumat verilmişdir.
       "Neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulu və bunun həyata keçirilməsi üçün qurğu" ixtirasına aid iddia sənədinin Azərbaycan Respublikasının " Patent haqqında Qanununun 29-cu maddəsinə uyğun ekspertizası aparılmış və bu qurğunun ixtira olunmasına dair 17.03.2008-ci il tarixdə QƏRAR qəbul olunmuşdur.
       Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən Soltan Tərlan oğlu Əliyevə və Alımustafa Mustafa oğlu Mustafayevə qurğunun ixtirasına dair müəlliflik hüququ verən 25.07.2008-ci il tarixli, İ 2008 0145 saylı PATENT ixtira sənədi təqdim olunmuşdur.
       Hazırda müəlliflər MS-2 ( 2-ci model ) qurğusu üzərində işlər aparırlar.



tarix : 29.07.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.