Xidmətlərimiz
|
|
|
|
Ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanması yüksək peşəkarlıqla həyata keçirilir
|
Ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanması yüksək peşəkarlıqla həyata keçirilir
"Ekol Mühəndislik Xidmətləri"
QSC-nin əsas fəaliyyət sahələrindən biri də ekoloji normativ - texniki
sənədlərin işlənib hazırlanmasıdır. Bu məqsədlə QSC-nin Ekoloji
monitorinq departamentinin nəzdində "Normativ - texniki sənədlərlə iş"
Şöbəsi yaradılmışdır. Şöbədə peşəkar mütəxəssislər, alimlər, ekoloqlar
və digər müvafiq ixtisaslardan olan kadr potensialı fəaliyyət göstərir.
2007-2008-ci illərdə ARDNŞ-nin 14-ə qədər təşkilatı ilə
QSC arasında ekoloji normativ - texniki sənədlərin işlənib hazırlanması
barədə müqavilə bağlanmışdır. Artıq 4 təşkilat üçün işlənib hazırlanmış
ekoloji normativ - texniki sənədlər Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış və
"Sifarişçi"yə təqdim edilmiş, 3 "Sifarişçi" təşkilat üzrə isə
sənədlərin işlənib hazırlanması başa çatdırılmışdır. Hazırda "Normativ - texniki sənədlərlə iş" Şöbəsi
tərəfindən digər müqavilələr üzrə işləri davam edir, müraciətlər
əsasında yeni "Sifarişçi"lərlə müqavilələrin bağlanılmasına hazırlıq
işləri aparılır.
tarix : 30.07.2008
|
|
|
|
|
|
|