Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC mühüm tədbirə hazırlaşır
|
"Ekol Mühəndislik Xidmətləri" QSC mühüm tədbirə hazırlaşır
Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 17 iyun 2008-ci il tarixli Sərəncamı
ilə "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: Energetika,
İqtisadiyyat, Ekologiya, Əməkdaşlıq strategiyası adlı Beynəlxalq
Konfransın sentyabr ayının 9-10 tarixində Bakı şəhərində keçirilməsi
nəzərdə tutulmuşdur. Dövlət rəsmiləri tərəfindən böyük etimad göstərilərək,
bu Konfransda iştirak etmək üçün "Ekol Mühəndislik xidmətləri" QSC də
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini cənab Yaqub
Eyyubovdan və Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri
cənab Natiq Əliyevdən dəvət məktubu almışdır. QSC-nin kollektivi dəvət məktublarını geniş müzakirə
etmiş və göstərilən bu yüksək etimadın Şirkətimizə olan qayğı və
diqqətin məntiqi ifadəsi kimi qiymətləndirmiş, Konfransın çox önəmli
əhəmiyyət kəsb edəcəyini, Şirkətimiz üçün, Azərbaycanın və
Türkmənistanın yerli Şirkətləri ilə qarşılıqlı surətdə işgüzar və
əlverişli əməkdaşlıq imkanlarının yaradacağını xüsusilə qeyd etmişlər. Konfransın yüksək səviyyədə iştirak etmək üçün ,"Ekol
Mühəndislik xidmətləri" QSC-nin baş direktoru cənab Soltan Əliyevin
əmri ilə işçi qrupu yaradılmış, sərgidə nümayiş etdiriləcək,
Şirkətimizin praktiki fəaliyyətini əks etdirən eksponatların
hazırlanması məqsədilə peşəkar dizaynerlər dəvət olunmuşdur.
Ekol Mühəndislik xidmətləri" QSC-də bu mühüm tədbirə ciddi hazırlıq işləri aparılır.
tarix : 31.07.2008
|
|
|
|
|
|
|