Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC iyul ayını uğurlu nəticələrlə başa vurmuşdur
|
"Ekol Mühəndislik Xidmətləri" QSC iyul ayını uğurlu nəticələrlə başa vurmuşdur
QSC 2008-ci ilin iyul ayında bütün sahələr üzrə istehsalat planlarını uğurla yerinə yetirmişdir.
Hesabat ayında Tullantıların Emalı Departamentinin 7-ci sahəsi
Heydər Əliyev adına BNEZ-dan mexaniki təmizləmə qurğularına daxil olan
1 milyon 342 min m3, 6-cı sahəsi isə "Azərneftyağ" NEZ-nun istehsalat sahələrindən daxil olan 934 min m3
sənaye - çirkab sularını norma həddinə qədər təmizləyərək , bir
hissəsini zavodların dövrü su sistemlərinə, qalan hissəsini isə bioloji
təmizləmə qurğularına təhvil vermişlər. Müvafiq dövrdə "Azərneftyağ" NEZ-da uzun illər yığılıb
qalmış, eləcə də, sənaye - çirkab sularının təmizlənməsi prosesində
yaranmış 7 820 ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir. Cari ildə iyunun 19-dan iyulun 17-dək Torpaqların
Rekultivasiyası Departamenti tərəfindən "Bibiheybətneft" NQÇİ-nin mədən
ərazisindəki neftlə çirklənmiş 8.7 hektar torpaq sahəsi rekultivasiya
olunaraq yararlı hala salınmışdır.
İyul ayında Ekoloji Monitorinq Departamenti ARDNŞ-nin
tabeçiliyində olan 3 təşkilatın ekoloji texniki - normativ sənədlərini
işləyib başa çatdırmış, 7 təşkilatda ekoloji monitorinq işləri apararaq
təkliflər paketini "Sifarişçi" təşkilatlara təqdim etmiş, 5 təşkilata
isə analitik laboratoriya xidmətləri göstərmişdir.
tarix : 06.08.2008
|
|
|
|
|
|
|