Xidmətlərimiz
|
|
|
|
Elektromexaniki təmir sexi
|
Elektromexaniki təmir sexi
hsalat və keyfiyyət göstəricilərinin
artırılmasında QSC-nin struktur bölməsi olan Elektromexaniki təmir
sexinin rolu böyükdür. Sexdə 26 nəfərədək müxtəlif kateqoriyalı peşəkar
işçilər çalışır. İyul ayında Elektromexaniki təmir sexi tərəfindən yeni
"Facet" qurğusunun neft nasosunun çıxış boru xətti, "Alfa - Laval"
qurğusuna isə 100 metrədək su xətti çəkilmişdir. Qəza anbarına səyyar
FQ - 144 / 46 nasosu quraşdırılmış, nasosun qəbul boru xətti
dəyişdirilmişdir. Flotator nasosxanasında 200 kv -lıq 2 ədəd yeni
elektrik nasosları quraşdırılmışdır. Elektrik təsərrüfatında
yenidənqurma işləri aparılmışdır. Müəssisənin fəaliyyət sahələrində sutka ərzində elektrik
təchizatının, mühərriklərin, qurğu və avadanlıqların işinin
fasiləsizliyini təmin etmək üçün, sexin müvafiq peşələrdən olan işçi
heyəti növbəli iş rejimində çalışırlar. Sexdə nəzarət - ölçü
cihazlarının saz vəziyyətdə olması, onların təmiri və vaxtlı - vaxtında
yoxlanışdan keçirilməsi üçün stendlər quraşdırılmış və bu sahəyə
ixtisaslı kadrlar cəlb olunmuşdur.
tarix : 08.08.2008
|
|
|
|
|
|
|