Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin maddi texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir
|
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin maddi texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir
QSC, əsasən xarici təsisçinin
investisiyası hesabına istehsalatın təkmilləşdirilməsi, müasir tipli
texnİka və texnologiyaların alınması və tətbiqi istiqamətində
məqsədyönlü layihələr həyata keçirməkdədir. Bu işlərin davamı olaraq, neftşlamın nəqli və emal
qurğularına ötürülməsi məqsədilə, QSC avqust ayında Almaniyanın
"Börger" Rotary Lobe Pumps Şirkətinin istehsalı olan 3 ədəd səyyar,
mobil "qanadlı rotor nasos" ları almış və yaxın günlərdə istismara
verilməsi nəzərdə tutulmuşdur.
Nasosun məhsuldarlığı 150 m3/saat,
fasiləsiz iş rejimi 8 saatdır. Qatı məhlulu (neftşlam, mexaniki qarışıq
və s.) 5 metr dərinlikdən sorma və 20 metrədək hündürlüyə vurma
qabiliyyətinə malikdir. Nasoslardan biri bu xarakteristikalarla yanaşı
iri hissəciklərin doğranıb ötürülməsi imkanına malikdir. Yeni müasir tipli nasosların istehsalata tətbiqi,
QSC-nin "Sifarişçi" təşkilatlarının istehsalat sahələrində olan
neftşlamın emalı və zərərsizləşdirilməsi prosesini sürətləndirəcək ki,
bu da tutumlarda olan neftşlamın ətraf mühitə mənfi təsirini xeyli
dərəcədə azaldacaqdır. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
tarix : 14.08.2008
|
|
|
|
|
|
|