Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsi genişlənir
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət dairəsi genişlənir
"Ekol Mühəndislik Xidmətləri" QSC
ötən il olduğu kimi, bu il də "Sifarişçi" təşkilatların istehsalat
sahələrində ekoloji yönümlü fəaliyyətini uğurla davam etdirir. Cari ildə QSC "Suraxanı OYL Opereyşn Kompani",
"Xəzərdənizgəmiçiliyi", "Xəzərdənizneftdonanma" İdarələrinin istehsalat
sahələrində olan neftlə çirklənmiş sularının təmizlənməsi, emal
prosesində formalaşan neftşlamın və gəmilərin təmiri zamanı yaranmış
mexaniki qarışıqların utilizasiyası sahəsində əsaslı işlər həyata
keçirmişdir. Bunun nəticəsində ətraf mühitə atılan tullantıların həcmi
əhəmiyyətli dərəcədə azalmışdır ki, bu da ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin ekoloji
layihələrin dünya standartları səviyyəsində həyata keçirilməsinə imkan
verən xeyli sayda müasir nəqliyyat vasitələri və xüsusi texnikası bir
çox təşkilatlarda da maraq doğurmuş, müqavilələr bağlanması barədə
müraciətlər olunmuşdur. Bu istiqamətdə hazırlıq işləri davam etdirilir.
tarix : 18.08.2008
|
|
|
|
|
|
|