Xidmətlərimiz
|
|
|
|
"Bibiheybət" sahəsinin siması gündən - günə gözəlləşir
|
"Bibiheybət" sahəsinin siması gündən - günə gözəlləşir
Respublika Prezidentinin 28
sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010 cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası ilə
əlaqədar ARDNŞ "Bibiheybətneft" NQÇİ -nin mədən ərazilərində əsaslı
şəkildə bir sıra ekoloji layihələr həyata keçirir. ARDNŞ-nin potensial podratçısı olan "Ekol Mühəndislik
Xidmətləri" QSC bu ekoloji layihələrin yüksək səviyyədə həyata
keçirilməsi üçün öz xüsusi texnikalarını və mütəxəssislərdən ibarət
işçi qüvvəsini səfərbər edərək hazırda bu sahədə qızğın iş aparır. QSC
işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün bir çox
"Subpodratçı"ları da bu işlərə cəlb etmişdir. Bu işlərin həyata keçirilməsi QSC-nin struktur bölməsi
olan "Torpaqların Rekultivasiyası Departamenti"nə həvalə olunmuşdur.
Departament may ayından bu günədək 35 hektaradək torpaq sahəsini
neftşlamdan və zibilliklərdən təmizləmiş, torpaqların
münbitləşdirilməsi və bərpası işlərini yerinə yetirmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində, bir zamanlar
çirkli gölməçələrlə, bataqlıqlarla, zibilliklərlə və neftlə çirklənmiş
torpaqlarla əhatə olunmuş "Bibiheybətneft" NQÇİ -nin mədən ərazisi indi
göz oxşayır və xoş təəssürat bağışlayır.
"Ekol Mühəndislik Xidmətləri" QSC bu istiqamətdə işlərini davam etdirir.
tarix : 20.08.2008
|
|
|
|
|
|
|