Satınalmalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası
Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanının
icrasını təmin etmək və 245 - II Q saylı, 27 dekabr 2001-ci il tarixli
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun
tələblərini yerinə yetirmək məqsədilə neft sektorunda, o cümlədən neft
hasilatı müəssisələrində, neft emalı zavodlarında dövlət
satınalmalarının təşkili və aparılması sahəsində satınalan
təşkilatların tender komissiyasının mütəxəssislərinin ixtisas
səviyyələrinin artırılması üçün 2008-ci ilin avqust ayında Almaniyanın
İqtisadiyyat Akademiyasında seminar keçirilmişdir.
Seminar Almaniyanın Berlin, Lübek və Rambunq
şəhərlərində keçirilmiş və 10 gün davam etdirilmişdir. Seminarda
Respublikamızın müxtəlif təşkilatlarından olan 17 mütəxəssis təmsil
olunmuşdur.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun
Ümumi İşlər üzrə müavini, tender komissiyasının sədri Ramil Cavanşir
oğlu Əliyev və Təchizat şöbəsinin müqavilələr üzrə mühəndisi Xalid
Mahir oğlu Babayev də bu seminara qatılmışlar.
İşgüzar və əlverişli şəraitdə keçirilmiş seminarda
mütəxəssislərimiz beynəlxalq standartlar səviyyəsində xeyli təcrübə
toplamışlar. Sonda seminar iştirakçılarına sertifikat təqdim
olunmuşdur.