Xidmətlərimiz
|
|
|
|
Yeni nasoslar istifadəyə verilmişdir
|
Yeni nasoslar istifadəyə verilmişdir
Xəbər verildiyi kimi "Ekol
Mühəndislik Xidmətləri" QSC xarici təsisçinin investisiyası hesabına,
avqust ayında Almaniyanın "BÖRGER ROTARY LOBE PUMPS" Şirkətindən gücü
150 m3/saat olan 3 ədəd müasir tipli nasoslar almışdır.
QSC-nin Tullantıların Emalı Departamentinin 7-ci sahəsində
(Heydər Əliyev adına BNEZ-nun 9-cu sahəsi) yay mövsümü ilə əlaqədar
BNEZ-dan daxil olan sənaye çirkab suların miqdarının artması, "Facet"
qurğusunda və mexaniki təmizləyici qurğularda suların tənzimlənməsi
məqsədilə nasoslar artıq istifadəyə verilmişdir. Nasosların məhsuldarlığı və texniki imkanları
sənaye-çirkab sularının təmizləyici qurğulara ötürmə sürətinin
artmasına imkan verir ki, bu da suların çökdürücü göllərdə qalaraq
ətraf mühitə göstərdiyi mənfi təsirin qarşısını xeyli dərəcədə almış
olur. Gələcəkdə QSC-nin digər istehsalat sahələrində də bu
tip nasosların alınıb quraşdırılması nəzərdə tutulur.
tarix : 27.08.2008
|
|
|
|
|
|
|