Xidmətlərimiz
|
|
|
|
YENI QURĞUNUN QURAŞDIRILMASI BAŞA ÇATMAQ ÜZRƏDIR
|
Neft sənayesində ətraf mühitə mənfi təsir edən amillərdən biri də neftin çıxarılması və emalı zamanı formalaşan neftşlamdır.
Bunu nəzərə alaraq "Ekol Mühəndislik Xidmətləri" QSC "Sifarişçi"
təşkilatlarının istehsalat ərazilərində uzun illər yığılıb qalmış və
sənaye-çirkab sularının təmizlənməsi prosesində yaranmış neftşlamın
yeni texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsi
layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
QSC bu istiqamətdə "Bibiheybətneft" NQÇİ -nin mədən
ərazisində, Tullantıların Emalı Departamentinin 6-cı sahəsində (Heydər
Əliyev adına BNEZ-nun 9-cu sexi) apardığı işlərlə yanaşı, 7-ci sahədə
də ("Azərneftyağ" NEZ) neftşlamın emalı və təmizlənməsi məqsədilə, ötən
aydan NEZ-nun ərazisində yeni "Alfa-Laval" qurğusunun quraşdırılmasına
başlanmışdır.
Hazırda bu qurğunun quraşdırılması başa çatmaq
üzrədir. Qurğu istifadəyə verildikdən sonra "Azərneftyağ " NEZ-nun
istehsalat sahələrindəki on min tonlarla neftşlamın emalı və
zərərsizləşdirilməsi prosesinə başlanılacaqdır ki, bu da öz növbəsində
ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına əsaslı dərəcədə təsir
göstərəcəkdir.
tarix : 28.08.2008
|
|
|
|
|
|
|