ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Konstruktor və yeni texnologiyaların tətbiq şöbəsi əməkdaşlıq münasibətlərini genişləndirir
QSC-nin Konstruktor və yeni texnologiyaların tətbiq şöbəsi əməkdaşlıq münasibətlərini genişləndirir

Xəbərlər

[5.12.2008]

QSC-nin Konstruktor və yeni texnologiyaların tətbiq şöbəsi əməkdaşlıq münasibətlərini genişləndirir
       Konstruktor və yeni texnologiyaların tətbiq şöbəsi (KYTTŞ) xarici şirkətlərlə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, QSC üçün yeni texnologiyaların axtarılması, öyrənilməsi, tətbiqi və onların müəssisə üçün səmərəliliyinin araşdırılması sahəsində məqsədyönlü işlər həyata keçirir.
       Cari ilin oktyabr-noyabr aylarında KYTTŞ Tullantıların Emalı Departamentinin 7-ci sahəsinin texnoloji reqlamentini işləyib hazırlamış, TED-nin 6-cı sahəsinə quraşdırılan Almaniyanın "Facet" şirkətinin su təmizləyici qurğusunda aparılan təkmilləşdirmə və son tamamlama işlərinə konstruktiv təkliflər vermişdir.
       "Ekol Mühəndislik Xidmətləri" QSC ilə Özbəkistanın "EKONORDRAGMENT" Şirkəti arasında olan əməkdaşlıq sazişinə əsasən KYTTŞ neftlə çirklənmiş torpaqların təmizlənməsi metodları və texnologiyaları haqqında prezentasiya materiallarını adı çəkilən Şirkətə təqdim etmişdir.
       Bununla yanaşı Şöbə öz fəaliyyətini genişləndirmək, xarici şirkətlərin, xüsusilə BP Əməliyyat Şirkətinin keçirdiyi tenderlərdə iştirak etmək məqsədilə, Müəssisələrin İnkişafı və Təlim Proqramı Mərkəzi (MİTPM) ilə QSC-nin imkanlarının və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesində iştirak etmişdir. Bunun əsasında MİTPM ilə QSC arasında qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Bu müqavilə ilə MİTPM BP Əməliyyat Şirkətinin tədarük prosesi tələblərinə cavab vermək və müəssisəmizi daha da inkişaf etdirmək üçün QSC-ni məsləhət xidmətləri ilə təmin etməyi öz üzərinə götürmüşdür.
       Hazırda KYTTŞ "Ekol Mühəndislik Xidmətləri" QSC -nin istehsalat sahələrinin yeni ölçü cihazları ilə təmin olunması və iş proseslərinə informasiya şəbəkəsi vasitəsi ilə nəzarət olunması sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlıq edir.

tarix : 05.12.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.