ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Elektromexaniki təmir sexi iş rejiminin fasiləsizliyinə xidmət edir
QSC-nin Elektromexaniki təmir sexi iş rejiminin fasiləsizliyinə xidmət edir

Xəbərlər

[18.12.2008]

QSC-nin Elektromexaniki təmir sexi iş rejiminin fasiləsizliyinə xidmət edir
       QSC-nin Tullantıların emalı departamenti sənaye çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərini mexaniki və avtomatlaşdırılmış qurğu və mexanizmlər vasitəsi ilə həyata keçirir. İstismarda olan bu qurğu və mexanizmlərin fasiləsiz işinin təmin edilməsi üçün təmir və texniki nəzarət işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə QSC -də Elektromexaniki təmir sexi fəaliyyət göstərir. Sex lazımı avadanlıqlar və nəqliyyat vasitəsi ilə təmin olunmuşdur. Sexdə peşəkar mütəxəssislər çalışır.
       Sex istehsalat sahələrində elektrik və qazanxana təsərrüfatına texniki nəzarət və təmir xidmətləri göstərir. Bu işlərin yerinə yetirilməsi üçün sexin elektrik montyoru, çilingər və ocaqçılardan ibarət briqadaları fasiləsiz olaraq istehsalat sahələrində 110 - 200 kvt gücündə olan nasosların, elektrik avadanlıqlarının, mexanizmlərin və qazanxanaların iş rejiminə nəzarət edir təmir işlərini yerinə yetirirlər.
       Elektromexaniki təmir sexinin daxili imkanlardan istifadə edilərək, Parafin xətti və təmizləmə qurğusu, 2 ədəd şlam emal edən dekantor qurğusu quraşdırılmış və istismara verilmişdir. 55 N-li elektrik yarımstansiyasına 6 kv-luq gərginlik kabeli çəkilmiş və yarımstansiyanın işi bərpa edilmişdir. Yeni su təmizləyici "Faset" qurğusunun quraşdırılmasında sexin işçiləri fəal iştirak etmişlər.
       Sexin potensial imkanlarından istifadə edilərək, istehsalat sahələrində olan qazanxanalarda və elektrik təsərrüfatında yenidənqurma işlərinin görülməsi planlaşdırılır.

tarix : 18.12.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.