ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamentinin 7-ci sahəsinin kollektivi üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər
Tullantıların Emalı Departamentinin 7-ci sahəsinin kollektivi üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər

Xəbərlər

[22.12.2008]

Tullantıların Emalı Departamentinin 7-ci sahəsinin kollektivi üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər
       "Azərneftyağ" NEZ -nun qurğularından çıxan sənaye çirkab suları "Ekol Mühəndislik Xidmətləri" QSC -nin Tullantıların Emalı Departamentinin (TED) 7 -ci sahəsinə 5 sənaye axarı ilə axdılır. Təmizləmə qurğularına daxil olan sənaye çirkab sularının tərkibindəki neft məhsulu tullantılarının mexaniki üsullara təmizlənməsi 7-ci sahənin kollektivi tərəfindən fasiləsiz olaraq aparılır. Təmizləyici qurğularda tutulmuş neft məhsulu tullantıları yığılaraq təkrara emal üçün NEZ-na ötürülür.
       Mexaniki təmizləmə qurğularında aparılan təmizləmə prosesinin keyfiyyətinin yaxşılaşdırılması, sahədə yığılıb qalmış neftşlamın emal edilməsi və zərərsizləşdirilməsi məqsədi ilə, QSC -nin xarici təsisçinin investisiyası hesabına aldığı "Alfa - Laval" Şirkətinin 2 fazalı dekantor qurğusu cari ilin II-ci rübündə TED-nin 7 -ci sahəsinin texniki heyəti tərəfindən quraşdırılıb istifadəyə verilmiş və hazırda öz müsbət nəticələrini verməkdədir.
       7-ci sahədə çalışan texniki işçilər istismarda olan qurğuların, nasosların, elektrik avadanlıqlarının və mexanizmlərin fasiləsiz iş rejiminə nəzarət edir, yüksək peşəkarlıqla təmir işlərini yerinə yetirir və sıradan çıxmış avadanlıqları operativ olaraq yenisi ilə əvəz edirlər.
       TED-nin 7-ci sahəsində işlərin təhlükəsizliyinə xüsusilə nəzarət olunur. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə istehsalat sahələri ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmuşdur. Yarımavtomat köpük söndürmə və buxar söndürmə sistemləri mütəmadi yoxlanılır və onların sazlığına diqqət yetirilir. Sahələrdə texniki təhlükəsizliyə və yanğından mühafizə qaydalarına ciddi əməl olunması məqsədi ilə işçi personalın iştirakı ilə müntəzəm olaraq təlim məşqləri keçirilir. Təhlükəsizlik qaydalarına dəqiq əməl edən və praktiki məşğələlərdə fərqlənən işçilər mükafatlandırılır.
       7-ci sahədə təsərrüfat işləri də geniş vüsət almışdır. İstehsalat sahələrində və inzibati binanın ətrafında aparılmış abadlıq və təmir işləri diqqəti cəlb edir. Yaşıllıq sahələrinə bağbanlar tərəfindən mütəmadi olaraq qulluq göstərilir, yeni qazonlar və yaşıllıqlar salınır.

tarix : 22.12.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.