ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ili layiqli töhfələrlə qarşılayır
"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ili layiqli töhfələrlə qarşılayır

Xəbərlər

[24.12.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ili layiqli töhfələrlə qarşılayır
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Baş direktoru Soltan Əliyevin "İki Sahil" qəzetinin müxbirinə verdiyi müsahibə.
Soltan Əliyev        - Soltan müəllim, ilk öncə Sizi və rəhbərlik etdiyiniz kollektivi 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Çox sağ olun. Mən də öz adımdan və kollektivimiz adından Sizi və Sizin simanızda azərbaycan xalqını bu bayramlar münasibəti ilə təbrik edirəm. Xalqımıza sülh, əmin - amanlıq və firavan həyat arzulayıram. Bütün dünya azərbaycanlılarına Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi, iqtisadi və mədəni - mənəvi tərəqqisi naminə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ətrafında daha da sıx birləşmələrini, 2009-cu ilin xalqımız üçün uğurlu olmasını arzu edirəm.
       - Soltan müəllim, müəssisənizin yaranması zəruriyyəti və fəaliyyəti haqqında qısa məlumat verməyinizi Sizdən xahiş edirəm.
       Məmnuniyyətlə. Bilirsiniz ki, sovet hakimiyyəti dövründə uzun illər neftin istismarı pərakəndə şəkildə, ətraf mühitə ciddi zərər vurulmaqla həyata keçirilmiş, Azərbaycan respublikası neft ölkəsi olduğundan bu ziddiyyət özünü daha qabarıq göstərmişdir.
       Yalnız Respublikamız öz Müstəqilliyinə qovuşduqdan və Milli Liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də inkişaf başladı və bir sıra qərarlar qəbul edildi. Bunun ardınca ölkə başçısı seçildikdən sonra Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ölkə ərazisində, xüsusilə neftin hasilatı və emalı sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə silsilə sərəncamlar vermişdir.
       Ölkə başçısının 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı xüsusi əhəmiyyət kəsb etdi və bu işlərə təkan verdi. "Kompleks Tədbirlər Planı"nda ARDNŞ-nin qarşısında mühüm vəzifələr qoyulmuşdur.
       ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji yönümlü layihələrin həyata keçirilməsi məqsədilə dünya standartlarına cavab verən müasir tipli birgə müəssisələrin yaradılması və bu işlərə xarici investorların cəlb olunması zəruriyyəti yaranmışdır.
EKOL        Bu səbəbdən də 2006-cı ildə ARDNŞ-nin (51%) və "Lancer" Environmental Consultinq Şirkətinin (49%) təsisçiliyi ilə "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. QSC TSE-İSO-14001 beynəlxalq sertifikatını almışdır.
       QSC-nin əsas fəaliyyəti sənaye - çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, torpaqların remidasiyası və rekultivasiyası, ekoloji texniki normativ sənədlərin işlənib hazırlanması, ekoloji monitorinq işlərinin aparılması, kompleks laboratoriya xidmətlərinin göstərilməsi, yaşıllıqların salınması, suvarma sistemlərinin quraşdırılması və sair mühəndisi xidmətlərin göstərilməsindən ibarətdir.
       - Fəaliyyəti dövründə Şirkətiniz hansı ekoloji layihələr həyata keçirmişdir?
QSC 2006-cı ildən başlayaraq əsasən ARDNŞ-nin fəaliyyət sahələrində bir sıra ekoloji layihələr həyata keçirmişdir. Heydər Əliyev adına BNEZ-da, "Azərneftyağ" NEZ-da emal prosesi zamanı formalaşan sənaye - çirkab sularının norma həddinə qədər təmizlənməsi, bu zavodlarda texnoloji proseslər zamanı formalaşan neftşlamın müasir üsullarla emalı və zərərsizləşdirilməsi əsas fəaliyyət sahələrimizdəndir.
       Bununla yanaşı bu illərdə ARDNŞ-nin tabeliyində olan bir çox təşkilatların ekoloji texniki normativ sənədləri müəssisəmiz tərəfindən işlənib hazırlanmış, 30-a qədər təşkilata isə ekoloji monitorinq və laborator xidmətləri göstərilmişdir. "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində 50 hektara qədər çirkli torpaqlarda rekultivasiya işləri aparılmışdır.
       QSC-də "Parafin təmizləmə" sexi fəaliyyət göstərir. Bu sexdə BP Şirkəti ilə bağlanmış müqaviləyə əsasən qəbul olunan parafinin təmizlənməsi prosesi aparılır.
       - Şirkətiniz hansı təşkilatlarla əməkdaşlıq edir?
       Qeyd etdiyim kimi əməkdaşlıq münasibətlərimiz əsasən təsisçimiz ARDNŞ-nin tabeçiliyindəki təşkilatlar olmaqla yanaşı, bir çox xarici Şirkətlərlə də işgüzar əməkdaşlıq münasibətləri qurmuşuq.
       BP Kaspian Korpareyşn LTD, "Suraxanı OyL" Opereyşn Kompani S.A., Almaniyanın "Facet", " Oswald Shults ", "Emscher Genossenchaft", "Projekt Engineerinq Wincker Gmdh" İsveçrənin "Alfa - Laval", Çexiyanın İNCHETA , BP Kaspian Korpareyşn LTD, "EKONORDRAGMET" və bir çox digər Şirkətlər potensial portnyorlarımızdır.
       Bundan başqa Şirkətimiz Polşa, Özbəkistan və Türkmənistan respublikalarında ekoloji yönümlü fəaliyyət göstərən bir neçə təşkilatlarla əməkdaşlıq barədə ilkin razılıq əldə etmişdir.
       - 2008-ci il rəhbərlik etdiyiniz müəssisə üçün nə ilə əlamətdardır?
       Yola saldığımız 2008-ci il QSC üçün bir çox əlamətdar hadisələrlə yadda qalacaqdır. Cari ilin mart ayından mən yenidən bu müəssisənin baş direktoru vəzifəsinə təyin edilmişəm. Həmin ilin may ayından başlayaraq müəssisədə müsbət dəyişikliklər edilmiş, QSC-nin nəzdində Ekoloji Monitorinq Departamenti, Tullantıların Emalı Departamentləri, Torpaqların Rekultivasiyası Departamenti və bir sıra yeni struktur vahidləri yaradılmışdır. Hesabat ilində iyun ayından başlayaraq Bibiheybət ərazisində torpaqların rekultivasiyası işlərinə başlanmış və müsbət nəticələr əldə olunmuşdur.
       Xarici təsisçinin investisiyası hesabına neftşlamı emal edən, İsveçrənin "Alfa - Laval" Şirkətinin istehsalı olan 2 ədəd, ən müasir dekantor qurğusu alınmış, "Bibiheybətneft" NQÇİ -nin mədən ərazisində və Heydər Əliyev adına BNEZ-nun istehsalat sahəsində quraşdırılaraq neftşlamın emalına başlanmışdır. Bu il Almaniyanın "Facet" Şirkətinin istehsalı olan müasir su təmizləyici qurğunun tikinti - quraşdırma işləri başa çatdırılmışdır. Şirkətimiz Polşa Respublikasının Poznan şəhərində keçirilən "POLEKO 2008" beynəlxalq sərgisində və Respublikamızda keçirilən sərgilərdə layiqincə təmsil olunmuşdur.
       2008-ci ildə işçilərin iş şəraitinin yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmiş, noyabr ayında isə QSC-nin baş ofisi gördüyünüz bu yaraşıqlı binaya köçürülmüşdür.
       - Hazırda bütün dünyanı bürüyən qlobal iqtisadi böhran Şirkətinizin fəaliyyətinə də təsir göstərmişdirmi?
       Təbii ki, dünyanı cənginə almış bu qlobal böhran Respublikamızdan da yan keçməmişdir. Neftin qiymətinin günü-gündən azalması və maliyyə çətinliyi ilə əlaqədar olaraq, ARDNŞ bir çox layihələrin icrasının dayandırılmasına qərar vermişdir. Bu isə öz növbəsində ARDNŞ-nin potensial podratçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC -nin bir sıra sahələrdə fəaliyyətinə də öz təsirini göstərmiş və müəyyən maliyyə çətinliklərinin yaranmasına gətirib çıxarmışdır.
       Bütün bunlara baxmayaraq Şirkətimiz təsisçilərin dəstəyinə arxalanaraq bir çox sahələrdə stabil fəaliyyətini davam etdirir. Fəaliyyətimizə daha konstruktiv yanaşmaqla bəzi xarici şirkətlərlə əməkdaşlıq münasibətləri yaradaraq, yeni layihələrin icrası barədə ilkin razılıq əldə etmişik.
       İnanıram ki, Şirkətimizin çoxsaylı, intellektual səviyyəli kollektivi ilə birgə daxili imkanlarımızdan səmərəli və qənaətlə istifadə etməklə, təşəbbüskarlıq və işgüzarlıq göstərərək öz imicimizi qoruyub saxlayacaq, bu qlobal böhrandan üzü ağ, alnı açıq çıxacağıq.
       - Daha bir ənənəvi sualımıza cavab verməyinizi xahiş edirəm. Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
       Ekoloji layihələrin həyata keçirilməsi sahəsində "Ekol Mühəndislik Xidmətləri" QSC -nin təkcə Azərbaycanda deyil, dünya dövlətləri səviyyəsində müasir standartlara cavab verən, potensial imkanlı Şirkət kimi tanınmasını qarşımıza məqsəd qoymuşuq.
       Bu məqsədlə qısa müddətdə Şirkətin güclü maddi - texniki bazası və kadr potensialı formalaşdırılmış, bir çox ölkələrdə fəaliyyət göstərən ekoloji yönümlü Şirkətlərlə əməkdaşlıq münasibətləri yaradılmışdır.
       Şirkətimizin xarici əlaqələrinin genişləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi məqsədilə, gələcəkdə xarici Şirkətlərlə birgə layihələrin həyata keçirilməsi və Xəzəryanı dövlətlərdə nümayəndəliklərin açılması nəzərdə tutulur.
       - Çox sağ olun Soltan müəllim. Maraqlı məlumatlara görə Sizə öz minnətdarlığımızı bildirir, ümumbəşəri və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Ulu Tanrıdan 2009-cu ilin həyatınıza uğur gətirməsini diləyirik.
       Təşəkkür edirəm. Mən də bir daha Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır, yeni ilinizi səmimi qəlbdən təbrik edirəm.

tarix : 24.12.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.