ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC "Salyan OyL" LTD-nin mədən ərazilərində yeni layihənin icrasına başlayacaqdır
"Ekol Mühəndislik Xidmətləri" QSC "Salyan OyL" LTD-nin mədən ərazilərində yeni layihənin icrasına başlayacaqdır

Xəbərlər

[26.12.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC "Salyan OyL" LTD-nin mədən ərazilərində yeni layihənin icrasına başlayacaqdır
       Ölkə başçısının 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010 -cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası ilə əlaqədar olaraq, ekoloji yönümlü layihələrin həyata keçirilməsi Respublikamızda böyük vüsət almışdır.
       "Kompleks Tədbirlər Planı"nda bütün sahələrlə yanaşı neftin hasilatı və emalı ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində təkcə ARDNŞ-nin deyil, eləcə də, Respublikamızda fəaliyyət göstərən xarici Şirkətlərin də qarşısında mühüm vəzifələr qoyulmuşdur.
       2006-cı ildən başlayaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin tabeçiliyində olan təşkilatlarla yanaşı BP Şirkəti, "Suraxanı Oyl" Opereyşn Kompani S.A. və digər xarici şirkətlərlə ekoloji layihələrin həyata keçirilməsi sahəsində özünü potensial podratçı qismində təsdiq etmişdir.
       Bu işlərin davamı olaraq, "Salyan OyL " LTD-nin istismarında olan Qarabağlı və Kürsəngi yataqlarının mədən ərazilərində formalaşan karbohidrogen əsaslı qazma şlamının rekultivasiya olunması barədə, QSC 25 dekabrda adı çəkilən Şirkətlə müqavilə imzalamışdır. İlkin araşdırmalara görə bu mədənlərin ərazisində 40 min m3-ə qədər qazma şlamı vardır.
       Layihənin icrasına yeni ilin yanvar ayının 5-də başlanılması planlaşdırılmışdır. İlk öncə mədən ərazilərində ekoloji monitorinq işləri aparıldıqdan sonra layihə - smeta sənədlərinin hazırlanmasına başlanılacaqdır.
       Bu layihənin həyata keçirilməsinə QSC-nin peşəkar mütəxəssisləri, müasir tipli maşın və mexanizmləri cəlb olunacaqdır. Layihənin icrası 2009-cu ilin dekabr ayında başa çatdırılacaqdır.
       Layihənin əsas əhəmiyyəti qeyd olunan ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, QSC-nin yeni partnyorlarla əməkdaşlıq münasibətlərinin yaradılması və hazırkı iqtisadi böhran şəraitində müəssisənin iqtisadi imkanlarının artırılmasından ibarətdir.

tarix : 26.12.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.