ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin rəsmi açılışı olmuşdur
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin rəsmi açılışı olmuşdur

Xəbərlər

[30.12.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin rəsmi açılışı olmuşdur
       Dekabrın 29-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Babək prospekti -10B ünvanda yerləşən müasir üslubla tikilmiş 4 mərtəbəli ofis binasının rəsmi açılış mərasimi olmuşdur.
       Tədbirdə ARDNŞ-ni Prezidenti Rövnəq Abdullayev, 1-ci vitse Prezident Xoşbəxt Yusifzadə, vitse prezidentlər Mikayıl İsmayılov, Süleyman Qasımov, Xalik Məmmədov, Qorxmaz Hüseynov, Muxtar Babayev, ARDNŞ-nin məsul işçiləri, QSC-nin baş direktoru Soltan Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Ramil Əliyev, eləcə də, kollektivin üzvləri və KİV -nin nümayəndələri iştirak etmişlər.
       Bayram əhval - ruhiyyəsi ilə bəzədilmiş binanın giriş qapısında ARDNŞ-nin Prezidentini və digər rəsmi qonaqları QSC-nin rəhbərliyi qarşıladılar. Rövnəq Abdullayev açılış lenti kəsdi və bu tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Qonaqlar ofis binasına daxil oldular və burada onları şaxta baba bayram təbrikləri ilə qarşıladı.
       Sonra QSC-nin baş direktoru Soltan Əliyev Rövnəq Abdullayevi və digər qonaqları Heydər Əliyev guşəsi, ofisin iş otaqları, konfrans zalı və məişət otaqları ilə tanış etdi. Ofis binasının yüksək səviyyədə və zövqlə inşa edilməsi, otaqların müasir avadanlıqlarla təchiz olunması qonaqlarda xoş təəssürat yaratmışdır.
       Daha sonra ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev, QSC-nin rəhbərliyi və rəsmi qonaqların iştirakı ilə ofis binasının konfrans zalında dəyirmi masa keçirilmişdir. QSC-nin baş direktoru Soltan Əliyev hazırkı vəziyyət və perspektiv planlar haqqında qısa məruzə etmişdir. ARDNŞ-nin Prezidenti buna öz münasibətini bildirmiş və öz tövsiyə və tapşırıqlarını vermişdir.
       Rövnəq Abdullayev QSC-nin zalda toplaşmış kollektiv ilə görüşmüşdür. Burada o, çıxış edərək öncə kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə təbrik etmişdir. ARDNŞ-nin Prezidenti son illərdə QSC-nin ekologiya sahəsində həyata keçirdiyi layihələrdən razı qaldığını bildirərək, hazırkı iqtisadi çətinliklərə baxmayaraq bu işlərin davam etdiriləcəyinə əmin olduğunu, bunun üçün mümkün variantların birlikdə araşdırılacağını və həyata keçiriləcəyini bildirmişdir.
       Görüşdə QSC-nin baş direktorunun müşaviri, təcrübəli mütəxəssis Kamil Akimov çıxış edərək, qonaqlara açılış mərasimində iştirakına və bayram əhval - ruhiyyəsi yaratdıqlarına görə öz minnətdarlığını bildirmişdir. O, tarixi ənənələrə söykənən neft sənayesində ekoloji problemlərin aktuallığına diqqət çəkərək, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bu sahədə təkcə Azərbaycanda deyil, Respublikamızın hüdudlarından kənarda da tanındığına qonaqların nəzərinə çatdırmışdır. Bununla yanaşı o, ARDNŞ -nin gələcəkdə də QSC-ni daim diqqət mərkəzində saxlayacağına və dəstək olacağına əmin olduğunu bildirmişdir.
       QSC-nin baş direktoru Soltan Əliyev ofisin foyesində toplaşmış "Ekol" mini futbol komandasının heyətini ARDNŞ-nin Prezidenti, Azərbaycan Respublikasının Futbol Federasiyasının Prezidenti Rövnəq Abdullayevi təqdim etmişdir. Komanda heyəti mötəbər qonağı bayram münasibəti ilə təbrik edərək ona futbol köynəyi hədiyyə etdilər. Rövnəq Abdullayev onlara öz minnətdarlığını bildirdi və qısa müddətdə "Ekol" komandasının böyük uğurlar qazandığını qeyd etmişdir.
       Ofis binasının qarşısında QSC-inin baş direktoru və müavinlər ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və digər rəsmi qonaqları yola salmışlar. Bununla da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin rəsmi açılış mərasimi başa çatmışdır.

tarix : 30.12.2008

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.