ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamentinin ötən ilin dekabr ayında həyata keçirdiyi işlər qənaətbəxşdir
Tullantıların Emalı Departamentinin ötən ilin dekabr ayında həyata keçirdiyi işlər qənaətbəxşdir

Xəbərlər

[7.01.2009]

Tullantıların Emalı Departamentinin ötən ilin dekabr ayında həyata keçirdiyi işlər qənaətbəxşdir
       QSC-nin Tullantıların Emalı Departamenti (TED) ötən ilin son ayını yüksək göstəricilərlə başa vurmuşdur. Hesabat ayında fasiləsiz olaraq TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexi) 980 min m3, 7-ci sahəsində isə ("Azərneftyağ" NEZ) 920 min m3-ə qədər sənaye-çirkab suları mexaniki təmizləmə qurğuları vasitəsilə norma həddinə qədər təmizlənmişdir.
       2008-ci ilin dekabr ayında TED-nin 7-ci sahəsində tutumlarda yığılıb qalmış 328 tona qədər neftşlam Alfa-Laval qurğusu vasitəsilə emal olunaraq zərərsizləşdirilmiş, Parafin təmizləmə sahəsində isə 18 m3 parafin təmizlənmişdir.
       Bununla yanaşı TED təmizləmə və emal proseslərinin fasiləsizliyinin təmin edilməsi və qurğuların daimi işlək vəziyyətdə olması üçün dekabr ayında bir sıra təmir və yenidənqurma işləri də həyata keçirmişdir.
       Yeni "Facet" qurğusunun istifadəyə verilməsi ilə əlaqədar səviyyənin tənzimlənməsi və ümumi sistemə qoşulması məqsədilə, "Flotator" nasosxanasında olan 3 saylı nasosun yeri dəyişdirilmiş və rekonstruksiya edilmişdir. Hər iki Alfa-Laval qurğularının köməkçi nasoslarının sıradan çıxmış hissələri isə yeni ehtiyat hissələri ilə əvəz olunmuşdur.
       Ötən ilin dekabr ayında TED qışa hazırlıq işlərini də tam başa çatdırmışdır. Ay ərzində istilik sistemlərində sızmaların qarşısı alınmış, istilik xətləri yenidən izolyasiya edilmişdir. Enerjinin fasiləsizliyini təmin etmək məqsədilə, bütün sahələrin elektrik təsərrüfatlarında təmir işləri aparılmış, yeni avtomat qurğular quraşdırılmışdır. 7-ci sahənin qəbul hovuzunun nasosxanasında betonlama işləri aparılmış, 1 və 2 saylı nasosların 500 mm -lık çıxış xətti yenisi ilə əvəz olunmuş, 3-cü çökdürücü hovuzda isə neft məhsullarının təmizlənməsi üçün əlavə xətt quraşdırılmışdır.
       İşçilərin iş şəraitinin yaxşılaşdırılması və texniki təhlükəsizliyin təmin edilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

tarix : 07.01.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.