ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin gənc mütəxəssislərinə sertifikatlar təqdim olunmuşdur
QSC-nin gənc mütəxəssislərinə sertifikatlar təqdim olunmuşdur

Xəbərlər

[13.01.2009]

QSC-nin gənc mütəxəssislərinə sertifikatlar təqdim olunmuşdur
       "Ekol Mühəndislik Xidmətləri" QSC fəaliyyət sahələrinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə yanaşı, müəssisədə çalışan mütəxəssislərin, xüsusən gənc kadrların bilik səviyyələrinin artırılması və maarifləndirilməsi məsələlərini də daimi diqqət mərkəzində saxlayır.
       Bu məqsədlə QSC-nin tədris proqramı təsdiq olunmuş, QSC-nin güclü kadr potensialının yaradılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
       İstehsalat sahələrinə tətbiq olunmuş yeni texnika və texnologiyaların mənimsənilməsi məqsədilə, vaxtaşırı keçirilən seminar və kurslara gənc mütəxəssislər cəlb olunur, onlara istehsalatın idarə olunması prinsipləri izah edilir.
       Hazırda QSC-nin baş direktorunun müşaviri vəzifəsində çalışan , uzun illər Neft-Kimya Sənayesi naziri, NEZ-nun direktoru vəzifələrində çalışmış zəngin təcrübəyə və biliyə malik Kamil Akimovun təşəbbüsü və rəhbərliyi ilə ötən ilin oktyabr-noyabr aylarında geniş proqramla seminar keçirilmişdir.
       Seminarın mövzusu "neftin ilk emalının tarixi, emal proseslərinə yeni texnologiyanın tətbiqi, emal prosesində formalaşan tullantıların ətraf mühitə təsiri və onların aradan qaldırılması"nı əhatə etmişdir.
       Seminara QSC-də çalışan 128 nəfər gənc mütəxəssis istehsalatdan ayrılmadan qatılmışdır. Seminar iştirakçıları mövzunu mənimsəmiş, 12 nəfər gənc mütəxəssis isə xüsusilə fərqlənmiş, onlara QSC-nin təsis etdiyi sertifikatın verilməsi qərara alınmışdır.
       Yanvarın 12-də yeni ofisinin iclas zalında QSC-nin rəhbər işçilərinin və gənc mütəxəssislərin iştirakı ilə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan QSC-nin baş direktoru Soltan Əliyev bu seminarın uğurla keçirilməsinə görə Kamil Akimova öz minnətdarlığını bildirmiş, bu sertifikatın əhəmiyyətli olduğunu qeyd etmişdir. Soltan Əliyev mütəxəssislərin bilik səviyyələrinin artırılmasının gələcəkdə də diqqət mərkəzində olacağını, gənc kadrların yerli və beynəlxalq seminarlarda və kurslarda iştirakının təmin olunacağını mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.
       Kamil Akimov seminarın keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə Soltan Əliyevə öz minnətdarlığını bildirmiş və öz təcrübəsinin gənclərə öyrədilməsinə hər zaman hazır olduğunu bildirmişdir.
       Daha sonra sertifikatların təqdimetmə mərasimi başlamışdır. Sertifikat alan gənclər QSC-nin rəhbərliyinə və Kamil Akimova öz minnətdarlıqlarını bildirmiş, bu etimadı doğruldacaqlarına söz vermişlər.
       Mərasimdə çıxış edən QSC-nin rəhbər işçiləri sertifikat alan gəncləri təbrik etmiş, bu tədbirlərin təqdirəlayiq olduğunu xüsusilə qeyd etmişlər.
       Sonda QSC-nin rəhbərliyi ilə sertifikat alan gənc mütəxəssislər xatirə şəkili çəkdirmişlər.

tarix : 13.01.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.