Futzal üzrə Azərbaycan kuboku uğrunda yarışlar davam edir. Xatırladaq ki, bu yarışa qatılan "Ekol" mini futbol komandası ilk oyununu Bakının TT komandası ilə keçirmiş və 8:2 hesabı ilə qələbə çalmışdır.
Yanvarın 12-də isə "Ekol" komandası Bakının "Buta" kinostudiyasının "Buta" mini futbol komandası ilə görüşmüşdür. Gərgin oyun şəraitində keçən bu görüş 5:5 hesabı ilə başa çatmışdır.
Komandamızın növbəti oyunu yanvarın 14-də Naxçıvanın "Araz" komandası ilə baş tutacaqdır. Bu görüş saat 1500 Bakı İdman Oyunları Sarayında keçiriləcəkdir.