ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Torpaqların Rekultivasiyası Departamenti 2008-ci ildə bir çox layihələr həyata keçirmişdir
QSC-nin Torpaqların Rekultivasiyası Departamenti 2008-ci ildə bir çox layihələr həyata keçirmişdir

Xəbərlər

[15.01.2009]

QSC-nin Torpaqların Rekultivasiyası Departamenti 2008-ci ildə bir çox layihələr həyata keçirmişdir
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri də torpaqların remidasiyası və rekultivasiyasıdır. Bu işlərin həyata keçirilməsi məqsədilə 2008-ci ilin may ayında QSC-nin "Torpaqların Rekultivasiyası Departamenti" (TRD) yaradılmışdır.
       2008-ci ildə QSC ilə "Azneft" İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən TRD may ayında "Bibiheybətneft" NQÇİ-nin mədən ərazilərində layihə-smeta sənədlərinə uyğun olaraq (79,71ha, 86,43ha, 62,14ha, və 16,54ha) "İcraçı" qismində rekultivasiya işlərinə başlamışdır.
       Rekultivasiya işlərinin həcmindən və üsullarından asılı olaraq əraziyə çoxlu sayda müasir tipli maşın-mexanizmlər, buldozerlər, ekskavatorlar və yük maşınları cəlb olunmuş, rekultivasiya işləri yüksək səviyyədə həyata keçirilmişdir.
       2008-ci ildə TRD tərəfindən "Bibiheybətneft" NQÇ-nin 79,71 ərazisində 342 000 m2, 86,43 ərazisində 68 782 m2, 16.54 ərazisində 11 000 m2, 62,14 ərazisində 18 813 m2, şlam anbarında 18 813 m2, ümumilikdə 440 595 m2 neftlə çirklənmiş mədən əraziləri rekultivasiya olunaraq "Sifarişçi"yə təhvil verilmişdir.
       Bununla yanaşı TRD "Bibiheybətneft" NQÇİ -nin 13.88 ha ərazisində neftşlamın müvəqqəti saxlanılması üçün bənd - tikinti işlərini də həyata keçirmişdir.
       TRD tərəfindən "Bibiheybətneft" NQÇİ-nin rekultivasiya işləri aparılmış ərazilərində ARDNŞ-nin Ekologiya İdarəsi müvafiq monitorinq işləri keçirmiş və öz müsbət rəyini bildirmişdir.
       2009-cu ildə isə TRD müqaviləyə əsasən "Salyan OyL" LTD -nin istismarında olan Qarabağlı və Kürsəngi yataqlarının mədən ərazilərində formalaşan karbohidrogen əsaslı qazma şlamının rekultivasiya işlərinə başlayacaqdır.

tarix : 15.01.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.