ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də ekoloji normativ texniki sənədlər müasir proqramlarla işlənib hazırlanır
"Ekol Mühəndislik Xidmətləri" QSC-də ekoloji normativ texniki sənədlər müasir proqramlarla işlənib hazırlanır

Xəbərlər

[22.01.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-də ekoloji normativ texniki sənədlər müasir proqramlarla işlənib hazırlanır
       QSC-nin Ekoloji monitorinq departamentinin nəzdində fəaliyyət göstərən "normativ-texniki sənədlərlə iş şöbəsi" (şöbə) müvafiq proqramlar, lazımı avadanlıqlar və nəqliyyat vasitəsi ilə təmin edilmişdir. Şöbədə yüksək ixtisaslı kadrlar çalışır.
       2006-cı ildən başlayaraq şöbə 26-ya qədər müəssisə üçün, əsasən də ARDNŞ-nin tabeçiliyində olan təşkilatların 50-dən artıq ekoloji normativ-texniki sənədlərinin işlənib hazırlanması üzrə işlər aparır.
       Ekoloji Pasport, Yol Verilən Atqı Həddi, Yol verilən Axıntı Həddi, Su Təsərrüfatı Pasportu və digər bu xarakterli sənədlər mövcud qanunvericilik, standartlar, rəhbər və normativ-texniki sənədlər, metodiki göstərişlər və tövsiyələr nəzərə alınmaqla, müəssisənin istehsal xarakterindən, yerləşmə mövqeyi və şəraitindən asılı olaraq xüsusi tərtibatla işlənib hazırlanaraq "Sifariçşi"lərə təqdim edilir.
       Şöbədə Yol Verilən Atqı Həddi Normativləri Layihəsinin işlənib hazırlanması zamanı atmosferin yerüstü təbəqəsində zərərli maddələrin yayılması, texniki və atom nəzarəti üzrə Rusiya Federal Xidməti tərəfindən təklif edilmiş və Sankt-Peterburqda yerləşən "A.İ.Voyeykov adına Baş Geofizika Rəsədxanası" ilə razılaşdırılmış "POCA 3.2" ekoloji proqram kompleksindən istifadə edilməklə müəyyənləşdirilir, zərərli maddələrin yayılma xəritələri qurulur, zərərli maddələrin miqdarı və zərərlilik dərəcəsi diaqramlarla əyani şəkildə göstərilir.
       Ötən il şöbə 10-a qədər ekoloji normativ-texniki sənəd işləyib hazırlamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırıldıqdan sonra "Sifarişçi"yə təhvil vermişdir.
       Hazırda şöbə ekoloji normativ-texniki sənədlərin müasir proqramlarla işlənib hazırlanması işlərini davam etdirir.

tarix : 22.01.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.