ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC ilə "Ekonordragmet" Birgə Müəssisəsi Alyans müqaviləsi imzalamışlar
"Ekol Mühəndislik Xidmətləri" QSC ilə "Ekonordragmet" Birgə Müəssisəsi Alyans müqaviləsi imzalamışlar

Xəbərlər

[28.02.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC ilə "Ekonordragmet" Birgə Müəssisəsi Alyans müqaviləsi imzalamışlar
       Xəbər verildiyi kimi, ötən ilin son aylarından başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC Özbəkistan Respublikasında ekologiya sahəsində fəaliyyət göstərən "Ekonordragmet" Birgə Müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirir. Bu məqsədlə QSC-nin rəhbərliyi bir neçə dəfə Daşkənd şəhərində xidməti ezamiyyətdə olmuş, əməkdaşlıq sahəsində ilkin razılıqlar əldə olunmuşdur.
       QSC-nin baş direktoru Soltan Əliyevin rəhbərliyi ilə bir qrup mütəxəssisin Daşkənd şəhərinə növbəti ezamiyyəti isə fevralın 16 -dan 19 -dək olmuşdur. Bu müddətdə QSC-nin nümayəndələri "Uzneftqaz" Milli Holdinq Şirkətində və "Ekonordragmet" Birgə Müəssisəsində öz həmkarları ilə görüşmüş və QSC -nin Prezentasiyasını keçirmişlər. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələri və güclü maddi-texniki bazası qarşı tərəfin böyük marağına səbəb olmuşdur.
       QSC-nin nümayəndə heyəti Daşkənddə olarkən "Ekonordragmet" Birgə Müəssisəsi ilə neftin hasilatı və emalı ərazilərində ekoloji yönümlü layihələrin həyata keçirilməsi, eləcə də sorbentin Bakı şəhərində istehsalı üçün Alyans yaradılması barədə razılıq əldə edilmişdir.
       Bununla əlaqədar olaraq, fevralın 26-da "Ekonordragmet" Birgə Müəssisəsinin baş direktoru Ravşan Əkpərovun rəhbərliyi ilə BM-nin bir qrup əməkdaşı QSC-yə gəlmişlər. Yüksək qonaqpərvərliklə qarşılanan nümayəndə heyəti fevralın 27-də QSC-nin istehsalat sahələrində olmuş, sənaye çirkab sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi (emalı) və parafinin təmizlənməsi proseslərinin yüksək peşəkarlıqla və müasir texnologiyalarla həyata keçirilməsindən razı qalmışlar.
       Fevralın 27-də günün 2-ci yarısında QSC-nin baş ofisində Alyans müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Mərasimdə ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayev, Ekoloji layihələrin idarəedilməsi şöbəsinin rəisi Faiq Cəfərov, Özbəkistanlı qonaqlar, QSC-nin rəhbərliyi, departament və şöbə rəisləri iştirak etmişlər.
       İmzalanma mərasimini açan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev QSC-nin xarici əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlərdən, Alyans müqaviləsinin mahiyyətindən, sorbentin Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsindəki əhəmiyyətindən geniş məlumat verdi .
       Mərasimdə çıxış edən ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayev Abşeron yarımadasının ekoloji vəziyyətindən, ölkə Prezidentinin məlum sərəncamı ilə ARDNŞ-nin qarşısında duran vəzifələrin yerinə yetirilməsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin geniş rolundan danışdı. Muxtar Babayev imzalanacaq Alyans müqaviləsinin də böyük əhəmiyyət kəsb etdiyini, Abşeron yarımadasında neftlə çirklənmiş gölməçələrin qurudulmasında sorbentin böyük səmərə verəcəyini və onun iqtisadi əhəmiyyətini diqqətə çəkdi.
       "Ekonordragmet" Birgə Müəssisəsinin baş direktoru Ravşan Əkpərov QSC-nin istehsal sahələrində gördüklərindən və mütəxəssislərlə apardıqları müzakirələrdən məmnunluq hissi keçirdiyini və Alyans müqaviləsinin hər iki müəssisə üçün böyük səmərə verəcəyini xüsusilə vurğuladı.
       Daha sonra "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev və "Ekonordragmet" Birgə Müəssisəsinin baş direktoru Ravşan Əkpərov Alyans müqaviləsini imzaladılar. Bu mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Neft emalı sənayesində təcrübəli mütəxəssis Kamil Akimov bu münasibətlə hər iki tərəfi təbrik etdi və onlara uğurlar arzuladı.
       Bundan sonra qarşılıqlı əməkdaşlıq münasibətləri və perspektiv planlar barədə ikitərəfli geniş müzakirələr aparıldı. Mərasimdə KİV-nin nümayəndələri iştirak etdilər.

tarix : 28.02.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.