ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC -də 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC -də 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir



Xəbərlər

[1.04.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC -də 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir
       1998-ci ildən etibarən Azərbaycan Respublikası martın 31-ni dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd edilməklə yanaşı, dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb etmək məqsədini daşıyır.
       31 mart azərbaycanlıların soyqırımı günü Respublikamızın hə yerində dərin hüzünlə qeyd olunmuşdur. "Ekol Mühəndislik Xidmətləri" QSC -də də soyqırımı günü ilə əlaqədar stendlər quraşdırılmış, soyqırımı tarixini əks etdirən video görüntülər nümayiş etdirilmiş, toplantı keçirilmişdir.
       İlk öncə soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra toplantıda çıxış edən QSC-nin baş direktoru Soltan Əliyev, soyqırımın tarixi kökləri və mahiyyəti barədə toplantı iştirakçılarını məlumatlandırdı və ermənilərin öz himayədarlarının dəstəyi ilə həyata keçirdiyi azərbaycanlıların soyqırımının bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi.
       Baş direktor bu soyqırımın yaddaşlara əbədi həkk olunduğunu və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər kəsin üzərində mənəvi məsuliyyət hissinin olmasının vacibliyini toplantı iştirakçılarının diqqətinə çatdırdı. Soltan Əliyev Respublikamızın iqtisadi və müdafiə gücünün gündən-günə artmasının Qarabağ probleminin yaxın vaxtlarda həll ediləcəyinə zəmin yaratdığını xüsusilə vurğuladı.
       Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev toplantıdakı çıxışında bildirdi ki, erməni şovinizmi öz ambisiyalarını sivilizasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Qərb dövlətləri ermənilərin terrorçu-işğalçı niyyətlərini hələ də pisləməkdə qərarlı görünmürlər.
       Odur ki, biz öz problemlərimizi özümüz həll etməliyik. Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı hər birimizin, xüsusilə gənclərin yaddaşına əbədi həkk olunmalı və doğma torpaqlarımızın qanımızla-canımızla azad olunmasına hər zaman hazır olmalıyıq.
       Toplantıda çıxış edənlər erməni şovinizmini və terrorizmi yekdilliklə pislədilər və soyqırımı qurbanlarının haqsız axıdılmış qanlarının yerdə qalmayacağını qeyd etdilər.

tarix : 01.04.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.