ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Vyetnamın "Vimexco" şirkətinin nümayəndələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nə işgüzar səfəri
Vyetnamın "Vimexco" şirkətinin nümayəndələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nə işgüzar səfəri



Xəbərlər

[22.04.2009]

Vyetnamın "Vimexco" şirkətinin nümayəndələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nə işgüzar səfəri
       Vyetnamın "Vimexco" şirkətinin nümayəndələri, baş direktorun köməkçisi Nquyen Van Loc və baş mütəxəssis Nquyen Van Manh 15.04.2009 və 20.04.2009-cu il tarixləri arasında "Ekol Mühəndislik Xidmətləri" QSC-də işgüzar səfərdə olmuşlar.
       İşgüzar səfərin ilk görüşü 15 aprel 2009-cu il tarixində QSC-nin baş ofisində keçirilmişdir. Növbəti gün qonaqlar müəssisəmizin Heydər Əliyev adına Bakı neft Emalı Zavodu ərazisində yerləşən 6 saylı sahəsində olmuşlar. Burada onlar sənaye çirkab, lay, fekal və məişət təsərrüfat sularının mexaniki-fiziki-kimyəvi təmizləmə üsulları və neftşlamın emalı prosesləri ilə tanış olmuşlar. Həmçinin sahədə yeni quraşdırılmış FACET şirkətinin layihə gücü 1200 m3/saat olan mexaniki təmizləyici qurğusu ilə tanış olmuşlar.
       Daha sonra 16.04.2009-cu il tarixində QSC-nin "Azərneftyağ" neft emalı zavodunda yerləşən 7 saylı sahə ilə və burada Alfa-Laval şirkətinin neftşlamın emalı üçün istifadə olunan məhsuldarlığı 35 m3/saat olan seperasiya dekantrının texnoloji prosesi ilə tanış olmuşlar.
       17.04.09-cu il tarixində "Salyan Oil" Ltd-nin mədən ərazilərində QSC-nin qazma şlamının rekultivasiyası layihəsi ilə tanış olmuş və Vyetnamda qazma şlamının zərərsizləşdirilməsinin çox aktual bir məsələ olduğunu vurğulamışlar. Müəssisəmizin bu sahədəki təcrübəsinin yaxın gələcəkdə əməkdaşlığa böyük imkanlar yaradacağını bildirmişlər.
       18.04.09-cu il tarixində isə QSC-nin baş ofisində görüş keçirilmiş və əməkdaşlıq barəsində niyyət protokolu imzalanmışdır.

tarix : 22.04.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.