ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2009-cu ilin I rübü Ekoloji Monitorinq Departamenti tərəfindən həyata keçirilən işlər haqqında
2009-cu ilin I rübü Ekoloji Monitorinq Departamenti tərəfindən həyata keçirilən işlər haqqında



Xəbərlər

[1.05.2009]

2009-cu ilin I rübü Ekoloji Monitorinq Departamenti tərəfindən həyata keçirilən işlər haqqında
       2009-cu ilin 3 ayı ərzində "Ekol Mühəndislik Xidmətləri"QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışmış və ekoloji vəziyyətin mövcud durumunda baş verən dəyişiklikləri nəzarətdə saxlaya bilmişdir. Departamentin müvafiq şöbələri yerlərdə monitorinq müşahidələri aparmış, çirkləndirici mənbələrdən nümunələr götürərək analitik təhlillər aparmış, ARDNŞ bir sıra müəssisələri üçün normativ-texniki sənədlər işləyib hazırlamışdır. Belə ki, hesabat dövrü ərzində ARDNŞ 9 müəssisəsində mövcud olan 150 axar üzərində monitorinq nəzarəti aparılmış və axarlardan götürülmüş nümunələr üzərində 2000-dən çox analitik təhlil aparılmış, müvafiq hesabatlar hazırlanaraq sifarişçilərə təqdim edilmişdir.
       Cari ilin I rübündə ətraf mühitə təsir dərəcəsindən asılı olaraq aparılan monitorinq müşahidə materialları diferensiallaşdılmış, təhlil edilmiş, ekosistemə təsirinin azaldılması məqsədi ilə konkret təkliflər hazırlanmış, tədbirlər tövsiyə edilmiş və eyni zamanda müşahidələr xüsusi hesabatlarla müəssisələrə təqdim olunmuşdur.
       Hesabat dövründə EMD tərəfindən "Salyan OİL" LTD-nin fəaliyyəti nəticəsində Kürsəngi və Qarabağlı yataqlarında formalaşmış karbohidrogen əsaslı qazma şlamının tullantı anbarlarının ləğv edilməsi və onlardakı toksiki tullantılarının bioremidasiya yolu ilə utilizasiya layihəsinin həyata keçirilməsi üçün ərazidə xüsusi monitorinq işləri aparılmış və ərazinin monitorinq layihəsi hazırlamışdır. Anbarlardakı qazma şlamlarının ümumi həcmi müəyyənləşdirilmiş, anbarların ətraf ərazilərində radioekoloji vəziyyət təhlil edilmiş, hesabatda qazma şlamının tərkib göstəricilərində baş verən dəyişikliklərin şərhi ətraflı verilmişdir.
       Eyni zamanda anbarların örtülməsi və mədən daxili təbii landşaftın ilkin görkəminin bərpası məqsədi ilə monitorinqin nəticələrinə uyğun konkret təkliflər paketi hazırlanmışdır. Hazırda monitorinq hesabat materialları əsasında layihə işləri həyata keçirilir.
       Qeyd olunanlarla yanaşı departament əməkdaşları tərəfindən ekoloji maarifləndirmə sahəsində, xarici təcrübənin öyrənilməsi və mühəndis-texniki heyətin hazırlığının artırılması ilə əlaqədar da bir sıra tədbirlər görülmüşdür .

tarix : 01.05.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.