02 may 2009-cu il tarixdə QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci ( "Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisi) sahələrində iməcilik keçirilmişdir. İməcilikdə QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri iştirak etmişlər.
Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən iməcilikdə təmizləyici qurğuların ətrafında 1000 m2-dən çox sahə alaq otlarından təmizlənmiş, alaq otları və tullantılar istehsalat sahələrindən kənarlaşdırılmışdır.
Mövsüm ərzində belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.