ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir



Xəbərlər

[8.05.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
       08 may 2009-cu il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə QSC-nin rəhbərliyi, kollektivin nümayəndələri və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Aparatının rəhbəri Manaf Manafov qatılmışlar.
       Tədbir iştirakçıları öncə Heydər Əliyevin adını daşıyan BNEZ-nun ərazisindəki abidəsinin önünə əklil qoymuş, onun unudulmaz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir iştirakçılarının QSC-nin O.Vəliyev-1 ünvandakı ofisində toplantı keçirilmişdir.
       Toplantını giriş sözü ilə açan QSC-nin İctimai Sosial Şöbənin rəisi, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat vermiş, onun siyasi kursunun Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Heydər Əliyev ideologiyasının daim yaşayacağını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
       1980-cı illərdə Heydər Əliyevin rəhbərliyi dövründə NEZ-nun direktoru, sonradan Neft - kimya naziri işləmiş Kamil Akimov öz çıxışında ulu öndərlə bağlı xatirələrini danışmış, onun insani xüsusiyyətlərinin və rəhbərlik bacarığının bütün nəsillərə örnək olacağını diqqətə çəkmişdir.
       QSC-nin baş direktorunun müavinləri Ramil Əliyev, Məzahir Hüseynov, YAP Nizami rayon təşkilatı Aparatının rəhbəri Manaf Manafov, gənclər təşkilatı adından Səbuhi Veysəlov və EMD-nin rəisi Şahabiddin Albuşov toplantıda çıxış edərək, Heydər Əliyevin bütün sahələrdə azərbaycan xalqı və dövləti üçün gördüyü nəhəng işlərdən, onun bütün insanların qəlbində ümumxalq məhəbbəti qazandığından, ümummilli liderin ideyalarının gənc nəslə təbliğ edilməsinin hər bir kəsin mənəvi borcu olmasından fərəh hissi ilə danışdılar.
       Sonda Fəxrəddin Quliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünün xalqımız tərəfindən bayram əhval ruhiyyəsi ilə yaşandığını qeyd edərək, toplantı iştirakçılarını bu münasibətlə, eləcə də, 9 may faşizm üzərində qələbənin 64-cü ildönümü münasibəti ilə təbrik etmişdir. Bununla da tədbir başa çatmışdır.

tarix : 08.05.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.