ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC Yasamal rayonu 158 saylı orta məktəblə birgə 16 saylı İnternat məktəbində görüş keçirmişlər
"Ekol Mühəndislik Xidmətləri" QSC Yasamal rayonu 158 saylı orta məktəblə birgə 16 saylı İnternat məktəbində görüş keçirmişlər



Xəbərlər

[12.05.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC Yasamal rayonu 158 saylı orta məktəblə birgə 16 saylı İnternat məktəbində görüş keçirmişlər
       Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı və faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə, mayın 9-da "Ekol Mühəndislik Xidmətləri" QSC Yasamal rayonu 158 saylı orta məktəblə birgə M.Əzizbəyov rayonunun 16 saylı İnternat məktəbində şagirdlərlə görüş keçirmişlər. Görüşdə QSC-nin məsul işçiləri və 158 saylı məktəbin müəllim, valideyn və şagirdləri təmsil olunmuşlar.
       Qonaqları 16 saylı internat məktəbinin direktoru və müəllim heyəti qarşılamış, belə əlamətdar gündə məktəblilərin görüşünə gəldiklərinə görə onlara öz minnətdarlıqlarını bildirmişlər.
       16 saylı İnternat məktəbi Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə yenidən təmir edilərək, məktəblilərə müasir standartlara cavab verən şərait yaradılmış, onlar hər cür qayğı ilə əhatə olunmuşlar.
       İnternat məktəbinin müasir tipli yeməkxanasında keçirilən görüşün sevinc hissi məktəblilərin məsum çöhrələrində aydın hiss olunurdu. Görüş zamanı hər iki məktəbin şagirdləri süfrə arxasında şirin söhbətlər etdilər, şerlər söylədilər, qonaqların gətirdikləri sovqatlar uşaqlara təqdim olundu.
       Uşaqların görüşünə gələnlərdən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun məsləhətçisi Kamil Akimov, İctimai Sosial Şöbənin rəisi Fəxrəddin Quliyev və Yasamal rayon 158 saylı məktəbin müəlliməsi Şövkət xanım Həsənova şagirdlər qarşısında çıxış edərək, əlil və kimsəsiz uşaqlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
       Görüş iştirakçıları internat məktəbinin şagirdlərini və müəllim heyətini 9 may faşizm üzərində qələbə günü və ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümü münasibətilə təbrik edərək, onlara təmsil etdikləri müəssisələrin rəhbərliyinin və kollektivinin salamlarını və təbriklərini çatdırdılar.
       Çıxış edənlər 16 saylı internat məktəbinin rəhbərliyinin və müəllim heyətinin uşaqlara göstərdikləri qayğıdan çox razı qaldıqlarını bildirərək, şagirdlərə onlara göstərilən bu etimadı doğrultmağı, təhsildə, idmanda və sənətdə uğurlar qazanmağı, vətənimiz üçün layiqli övladlar kimi yetişmələrini arzuladılar.
       Sonda 16 saylı məktəbin rəhbərliyi və müəllim heyəti belə əziz günlərdə uşaqların görüşünə gəldiklərinə görə qonaqlara birdaha öz minnətdarlıqlarını bildirərək, belə görüşlərin uşaqların mənəvi tərbiyəsində böyük rol oynadığını xüsusilə vurğuladılar.
       Mehribanlıq və qayğıkeşlik şəraitdə keçən görüşün sonunda qonaqlar uşaqlarla xatirə şəkili çəkdirdilər.

tarix : 12.05.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.