ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurur
"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurur



Xəbərlər

[25.05.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurur
       Əsas fəaliyyəti ekoloji yönümlü olmaqla, ətraf mühitin mühafizəsi və insanların sağlamlığı ilə bağlı narahatlığını nümayiş etdirən QSC, daha geniş surətdə "Sifarişçi"lər tərəfindən, xüsusilə də xarici Şirkətlər tərəfindən tələb olunan, ümumilikdə müəssisənin imicinin artırılmasını və rəqabətə davamlılığını təmin edən Beynəlxalq İdarəetmə Sistemlərinin qəbul edilməsinə və onun ardıcıl həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
       Bununla əlaqədar, "Ekol Mühəndislik Xidmətləri" QSC özünün ekoloji siyasəti və məqsədlərinə uyğun olaraq 2007-ci ildə ətraf mühiti idarəetmə sistemi üzrə İSO-14001 Beynəlxalq standartlarını qəbul etmiş, Türk Standartları İnstitutunun 25.06.2007-ci il tarixli, ÇY - 410 /07 saylı TS EN İSO 14001:2004 sertifikatını almış və hazırda fəaliyyətini bu standartlarla davam etdirir.
       Beynəlxalq standartların şərtlərinə uyğun olaraq, ətraf mühitin idarəetmə sisteminin uyğun bir formada tətbiq edilməsini və daimiliyin təmin olunmasını təyin etmək məqsədilə ildə bir dəfə Türk Standartları İnstitutunun auditorları tərəfindən QSC-də auditi keçirilir. 2008-ci ildə aparılmış auditin nəticələri ətraf mühitin idarəetmə sisteminin müəssisəmizdə uğurla tətbiq olunması və inkişaf etdirilməsi ilə öz təsdiqini tapmışdır.
       2009-cu ilin may ayının 25-də isə növbəti auditin keçirilməsi məqsədilə Türk Standartları İnstitutunun auditorları QSC -nə gəlmişlər. Qonaqlar QSC-nin baş ofisində səmimi qarşılanmış, QSC-nin rəhbər işçilərinin iştirakı ilə açılış toplantısı keçirilmişdir.
       Toplantını giriş sözü ilə açan QSC-nin baş direktoru Soltan Əliyev Beynəlxalq standartların əhəmiyyətindən danışaraq, 2007-ci ildən başlayaraq ətraf mühitin idarəetmə sisteminin QSC-də uğurla tətbiq edilməsi və onun səmərəsi barədə geniş məlumat verdi. O, auditin uğurla başa çatacağını, auditorların bu sahədəki tövsiyələrinə ciddi əməl olunacağını qeyd edərək onlara uğurlar arzuladı, gələcəkdə 9001 və 18001 sertifikatlarının alınması istiqamətində də işlər aparıldığını bildirdi.
       Çıxış edən auditorlar QSC-nin fəaliyyəti ilə tanış olduqlarını və bundan öncəki auditin nəticələrindən razı qaldıqlarını, bu auditin də uğurla başa çatacağına əminliklərini bildirərək bu sahədə istənilən köməkliyin göstərilməsinə hazır olduqlarını toplantı iştirakçılarının diqqətinə çatdırdılar.
       Qeyd edək ki, auditorlar iki gün müddətində son bir ildə müəssisəmizin fəaliyyətinin ətraf mühitin idarəetmə sisteminə uyğunluğunun və daimiliyinin auditini keçirəcəklər.

tarix : 25.05.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.