ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Futzal yarışlarında Azərbaycan kubokunun sahibi müəyyən olundu
Futzal yarışlarında Azərbaycan kubokunun sahibi müəyyən olundu



Xəbərlər

[29.05.2009]

Futzal yarışlarında Azərbaycan kubokunun sahibi müəyyən olundu
       Futzal üzrə Azərbaycan kuboku uğrunda uzun müddət davam edən gərgin mübarizə nəhayət ki, öz final mərhələsinə çatdı. Xatırladaq ki, ölkə kuboku uğrunda yarımfinal oyunun qalibləri "Araz" - Naxçıvan və "Ekol" Komandaları finala vəsiqə almışlar.
       Xəbər verildiyi kimi bu komandalar arasında ölkə kubokunun final oyunu mayın 27-də Masallı şəhərində baş tutdu. Gərgin mübarizə şəraitində keçən oyunu Futbol Federasiyasının məsul işçiləri, futbol veteranları və çoxsaylı azarkeşlər seyr etmişlər.
       Çoxillik təcrübəyə və güclü oyunçu potensialına malik və dəfələrlə ölkə çempionatının qalibi olmuş "Araz" komandası ilə ölkə kubokunun final yarışında görüşmək, cəmi bir ilə yaxın müddətdə futzalda öz kövrək addımlarını atan "Ekol" komandası üçün böyük məsuliyyət tələb edirdi. Final görüşündə (6:2) məğlub olmasına baxmayaraq, "Ekol" komandası "Araz"la mübarizədə bərabər və layiqli oyun nümayiş etdirdi, futbol mütəxəssislərinin, veteranların və azarkeşlərin rəğbətini qazandı.
       Oyundan sonra futbol mütəxəssisləri və veteranları öz müsahibələrində "Ekol" komandasının sırf milli heyətdə formalaşmasının sevindirici hal olduğunu, qısa müddətdə böyük nailiyyətlər əldə etməsini və çox ümidverici komanda olmasını xüsusilə qeyd edərək, cəmi bir il müddətində fəaliyyət göstərən "Ekol" komandasının finala qədər gəlib çatmasını uğurlu nəticə kimi qiymətləndirmişlər.
       Sonda komandamızın oyunçuları, Fərid Atakişiyevə "ən yaxşı oyunçu", Radik Əhmədova " çempionatın ən sərrast futbolçusu" diplomları, "Ekol" komandasına isə ölkə kubokunun yarışlarında iştirakına görə diplom təqdim edilmişdir.
       Beləliklə uzun müddət davam edən yarışlarda Azərbaycan kubokuna "Araz"-Naxçıvan komandası sahib çıxmışdır. Bundan sonra komandamızın Avropa yarışlarında Respublikamızı təmsil edib - etməyəcəyi isə UEFA-nın qərarından asılı olacaqdır.

tarix : 29.05.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.