ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü "Ekol Mühəndislik Xidmətləri" QSC-də təntənə ilə qeyd olunmuşdur
5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü "Ekol Mühəndislik Xidmətləri" QSC-də təntənə ilə qeyd olunmuşdur



Xəbərlər

[5.06.2009]

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü "Ekol Mühəndislik Xidmətləri" QSC-də təntənə ilə qeyd olunmuşdur
       Ötən əsrdə dünyada baş verən elmi-texniki tərəqqi və sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə təbiətin onların özünə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını dərk etməyə başladılar.
       Ekoloji problemlərin ciddiliyini dərk edən və bunun gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını anlayan alimlər, ekoloqlar, beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin tərəqqipərvər qüvvələri bu məsələni diqqət mərkəzinə çəkdilər.
       1972-ci ilin iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Stokholm şəhərində keçirilən toplantısında bu məsələ ciddi müzakirə olundu. Toplantıda problemin kəskinliyi, əhali arasında ekoloji şüurun yüksəldilməsi və ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsinin vacibliyi nəzərə alınaraq, iyunun 5-nin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. 1973-cü ildən etibarən həmin gün bütün dünyada, o cümlədən, Respublikamızda təntənəli şəkildə qeyd olunmağa başlamışdır.
       Ekoloji vəziyyətin gərginliyi və ətraf mühitin çirklənməsi, zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan Azərbaycanda, xüsusilə neft sənayesinin inkişaf etdiyi Abşeron yarımadasında daha qabarıq göstərməsinə baxmayaraq, uzun illər bu problemlərin həllinə o qədər də əhəmiyyət verilməmişdir.
       Ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti dövründə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də, təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə diqqət mərkəzində olmuşdur. Məhz ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar, sərəncamlar qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir, Azərbaycanda ekoloji durumun sağlamlaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm sərəncamlar verilir.
       Ölkə başçısının 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010 -cu illər üçün kompleks tədbirlər planı" ilə bu sahəyə məsul olan qurumlar qarşısında mühüm vəzifələr qoyulmuşdur.
       Respublika Prezidentinin ekologiya sahəsindəki qərar və sərəncamlarından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə, ARDNŞ özünün məqsədyönlü və düzgün ekoloji siyasətini qurmuş, çevik icra mexanizmi işlənib hazırlanmışdır. Nəticədə Kompleks tədbirlər Planında nəzərdə tutulan bir çox məsələlər qısa müddətdə öz həllini tapmışdır.
       2006-cı ildən başlayaraq ARDNŞ-nin neftin hasilatı və emalı sahələrində neftlə çirklənmiş torpaqların rekultivasiyası, süni gölməçələrin qurudulması, sənaye çirkab sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi və s. kimi həyata keçirdiyi ekoloji layihələrdə "Ekol Mühəndislik Xidmətləri" QSC də "Podratçı" qismində fəal iştirak edərək, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində öz layiqli töhfələrini vermişdir.
       Əhali arasında ekoloji şüurun yüksəlməsi və ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi məqsədilə, 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bu ildə "Ekol Mühəndislik Xidmətləri" QSC-də təntənə ilə qeyd olunmuşdur.
       Bu münasibətlə iməciliklər keçirilmiş, istehsalat sahələrində təmizlik və abadlaşdırma işləri aparılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Tədbir çay süfrəsi ilə davam etmiş, bir qrup işçi ekologiya sahəsində səmərəli fəaliyyətinə görə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Fəxri Fərmanları ilə təltif olunmuşlar. Həmçinin Beynəlxalq Ekoenergetika Akademiyasının alim və mütəxəssislərinin QSC-də təşkil etdiyi treninq-seminarlarda fərqlənən iştirakçılara sertifikatlar da verilmişdir.
       Tədbirdə Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və KİV-nin nümayəndələri də iştirak etmişlər.

tarix : 05.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.