ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC "Müəssisələrin İnkişafı və Təlim Proqramı-Azərbaycan"nın sertifikatına layiq görülmüşdür
"Ekol Mühəndislik Xidmətləri" QSC "Müəssisələrin İnkişafı və Təlim Proqramı-Azərbaycan"nın sertifikatına layiq görülmüşdür



Xəbərlər

[10.06.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC "Müəssisələrin İnkişafı və Təlim Proqramı-Azərbaycan"nın sertifikatına layiq görülmüşdür
       Respublikamızda fəaliyyət göstərən müəssisələrin əlaqələndirilməsi, inkişaf etdirilməsi və təlimatlandırılması məqsədilə, BP Exploration (Caspian Sea)Limited Şirkətinin təsisçiliyi ilə Müəssisələrin İnkişafı və Təlim Proqramı - Azərbaycan (MİTP) ( Enterprize Development and Traininq Proqramme - Azerbaijan ) yaradılmışdır.
       MİTP neft sənayesində tullantıların idarə olunması, texniki təhlükəsizliyin və keyfiyyətin təmin edilməsi sahəsində Respublikamızda fəaliyyət göstərən şirkətlərin əlaqələndirilməsi, onların inkişaf etdirilməsi və təlimatlandırılması istiqamətində mühüm işlər həyata keçirir. BP-nin tədarük prosesi tələbatlarına cavab verməkdə şirkətlərin bacarığını inkişaf etdirmək məqsədilə, biznesin inkişafına dair problemlərə yönəlmiş fəaliyyət planı əsasında onları məsləhət xidmətləri göstərir və vaxtaşırı treninqlər keçirir.
       MİTP –nin aprel ayında keçirdiyi növbəti treninqlərdə iştirak edən Konstruktor və yeni texnologiyaların tətbiqi şöbəsinin rəisi Məlahət Useynova və Texniki təhlükəsizlik şöbəsinin rəis müavini Səbuhi Veysəlov bu treninqdə QSC-ni layiqincə təmsil etmişlər. QSC-nin güclü maddi texniki bazaya malik olması, ekoloji yönümlü fəaliyyət sahələri və tullantıların idarə olunması sahəsindəki təcrübəsi MİTP rəhbərliyində "Ekol Mühəndislik Xidmətləri" QSC –nin, BP -nin tədarük prosesi tələbatlarına cavab verə biləcək şirkətlərdən olması əminliyini yaratmış və QSC-yə MİTP-nin sertifikatının verilməsi qərara alınmışdır.
       Bu məqsədlə iyunun 09-da QSC-nin baş ofisində sertifikatın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə kollektivin və MİTP-nin nümayəndələri iştirak etmişlər.
       Mərasimdə çıxış edən MİTP-nin qrup rəhbəri James Halluk Azərbaycanın geocoğrafi mövqenin dünya iqtisadiyyatının inkişafında önəmli əhəmiyyət kəsb etdiyini, Respublikamızda yeni neft strategiyasının uğurla həyata keçirildiyini, bununla yanaşı ekoloji vəziyyətin yaxşılaşdırılması və tullantıların idarə olunması məsələlərinə də xüsusi diqqət yetirildiyini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
       James Halluk Azərbaycanda ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan bir çox inkişaf etmiş şirkətlərin olduğunu vurğulayaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bu sahədə öz işini dünya standartları səviyyəsində, daha sivil qaydada qurduğunu, BP Exploration (Caspian Sea) Limited Şirkəti tərəfindən qəbul edildiyini və artıq bəzi sahələrdə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırdı.
       Daha sonra James Halluk MİTP-nin sertifikatını QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramil Əliyevə təqdim etdi. Ramil Əliyev QSC-nin fəaliyyətinin yüksək qiymətləndirilməsinə və bu sertifikata layiq görüldüklərinə görə MİTP rəhbərliyinə bütün kollektiv adından öz minnətdarlığını bildirdi və QSC-nin gələcək fəaliyyətinin bundan sonra da dünya standartları səviyyəsində davam və inkişaf etdiriləcəyini qeyd etdi.

tarix : 10.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.