ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir



Xəbərlər

[12.06.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir
       İyunun 12-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində rəhbərliyin və kollektivin iştirakı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş geniş toplantı keçirilmişdir.
       Toplantı iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar çıxışlara başlandı.
       Çıxış edənlər qeyd etdilər ki, 1993-cü il iyunun 15-də parlamentin fövqəladə iclasında Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi, xalqın tələbi ilə hakimiyyətə qayıtması, Azərbaycanda sabitlik, qanunçuluq və ədalətin intizarında olan milyonlarla insanların çağırışını gerçəkləşdirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqı, sadəcə korazehin idarəçilərdən və vətəndaş müharibəsi təhlükəsindən xilas etmədi. Bu qayıdış Azərbaycan xalqının sarsılmış inamını, dağılmaqda olan dövlətçiliyini bərpa etdi, Azərbaycanı milli dirçəliş və inkişaf yoluna çıxardı.
       Natiqlər, 15 iyun 1993-cü il tarixdə xalqın təkidi və tələbinə səs verən əbədi liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xalqın düşdüyü bəlalardan xilas edildiyini, ictimai-siyasi stabilliyə və atəşkəs rejiminə nail olunduğunu, iqtisadiyyatın sürətli inkişafına təkan verildiyini və dövlətin siyasi kursunun təməlinin qoyulduğunu xüsusilə vurğuladılar.
       Toplantıda qeyd olundu ki, Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesinin də yeni strategiyası müəyyən olundu və bu sahədə qısa bir zamanda dünyanın bir çox dövlətləri ilə geniş əlaqələr yarandı.
       Bu gün Azərbaycan ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilmişdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi - iqtisadi kursun uğurla həyata keçirilməsi nəticəsində Respublikamız bundan sonra daha da inkişaf edəcək və gündən - günə çiçəklənəcəkdir.

tarix : 12.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.