ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında xidməti ezamiyyətdə olmuşdur
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında xidməti ezamiyyətdə olmuşdur



Xəbərlər

[19.06.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında xidməti ezamiyyətdə olmuşdur
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələri, potensial imkanları və ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi layihələr, bir çox xarici dövlətlərdə fəaliyyət göstərən analoji şirkətlərdə də maraq doğurmuş, xarici əlaqələrin genişləndirilməsinə və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılmasına böyük imkanlar yaranmışdır.
       Xəbər verildiyi kimi aprel ayında Vyetnam SR-nın tanınmış Vimexco İdxal-ixrac və Serviz Şirkətinin baş direktorunun köməkçisi Nquyen Van Loc başda olmaqla nümayəndə heyəti "Ekol Mühəndislik Xidmətləri" QSC-də xidməti ezamiyyətdə olmuş, QSC-nin istehsalat sahələri, texniki imkanları və texnoloji prosesləri ilə yaxından tanış olmuşlar. Vyetnamlı qonaqlar qazma şlamının zərərsizləşdirilməsinin onların ölkəsində də çox aktual məsələ olduğunu, QSC-nin bu sahədə böyük təcrübəsinin gələcəkdə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulmasına zəmin yaradacağına əminliklərini bildirmişlər.
       Vimexco Şirkətinin nümayəndələri QSC -də olarkən ikitərəfli əməkdaşlıq barəsində niyyət protokolu imzalamışlar və QSC rəhbərliyini öz rəhbərlikləri adından Vyetnam SR-na dəvət etmişlər.
       Bununla əlaqədar olaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev və Kapital qoyuluşları şöbəsinin rəisi Arif Rəhimov iyun ayının 08-dən 18-dək Vyetnam SR-nın Baria vilayətinin Vunq Tau şəhərində xidməti ezamiyyətdə olmuşlar.
       İyunun 10-da QSC-nin nümayəndələri Vunq Tau şəhərində yerləşən Vimexco İdxal-ixrac və Serviz Şirkətinin baş ofisində Şirkətin baş direktoru Nquan Van Txin və digər şəxslərlə görüş keçirmiş, əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilmişdir. Görüşdə qarşılıqlı əməkdaşlığa dair müqavilə layihəsinin hazırlanması qərara alınmışdır. Daha sonra QSC nümayəndələri Vimexco şirkətinin istehsalat sahələri ilə yaxından tanış olmuş, mütəxəssislərlə fikir mübadiləsi aparmışlar.
       Vyetnamlı tərəfdaşlar azərbaycanlı qonaqları Vunq Tau şəhəri ilə tanış edərək vaxtilə bu şəhərin Bakı ilə qardaşlaşmış şəhər olduğunu və hazırda küçələrdən birinin Bakı adlandırıldığı haqqında məlumat verdilər. Bu QSC nümayəndələrində xoş təəssürat və fərəh hissi yaratdı.
       İyunun 15-də Vimexco şirkətinin baş ofisində qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanma mərasimi keçirildi. Mərasimdə QSC-nin baş direktoru Soltan Əliyev imzalanma mərasiminin xoş bir günə təsadüf etdiyini, bu günün Azərbaycan Respublikasında Qurtuluş Günü bayramı kimi təntənə ilə qeyd edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırdı. Vyetnamlı tərəfdaşlar bu münasibətlə qonaqları təbrik etdilər.
       Yeni imzalanmış müqaviləyə əsasən, işçi qrupunun yaradılması və qısa müddətdə fəaliyyətə başlaması, gələcəkdə Vyetnam SR-da Azərbaycan mütəxəssislərinin yaxından iştirakı və köməkliyi sayəsində Petrovyetnam dövlət şirkəti və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiliyi ilə birgə müəssisənin yaradılması, Vyetnam SR-nın ərazilərində formalaşan neftşlamın, axıntı sularının və sənaye tullantılarının emalı, Vyetnam SR-nin neft sənayesində istifadə olunan avadanlıqlarla təmin edilməsi, Bakı şəhərində spesifik yaşıllıqların salınması, Vunq Tau şəhərində yerləşən Bakı küçəsində "Bakı" restoranının açılması və s. şərtlər nəzərdə tutulmuşdur.
       QSC nümayəndələrini maraqlandıran məsələlərdən biri də Vimexco Şirkətinin dəniz suyu ilə suvarılan yaşıllıqların salınması təcrübəsi və şirkətin istehsal etdiyi suvarma müddətini 20 - 30 dəfə artıran reagent istehsalı olmuşdur. QSC nümayəndələri sınaqdan keçirilməsi üçün bu reagentdən nümunə də götürmüşlər. Bu reagentin tətbiqi ilə gələcəkdə Azərbaycanın su təchizatı zəif olan yaşıllıq zonalarında problemləri aradan qaldırmaq olar.
       Ümumilikdə QSC nümayəndələrinin Vimexco şirkətinə olan ezamiyyətə çox işgüzar və səmərəli şəraitdə keçmişdir. Bu görüş yerli mətbuatda da öz əksini tapmışdır. BARİA-VUNGTAU qəzetində verilən yazıda Azərbaycan respublikasının neft sənayesi sahəsində ekoloji yönümlə fəaliyyəti ilə tanınmış "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Vimexco şirkəti ilə əməkdaşlıq münasibətlərinin böyük səmərə verəcəyi qeyd edilmişdir.
       İyunun 18-də QSC nümayəndələrinin xidməti ezamiyyəti başa çatmışdır.

tarix : 19.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.