ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin I-ci hesabat seçki konfransı keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin I-ci hesabat seçki konfransı keçirilmişdir



Xəbərlər

[23.06.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin I-ci hesabat seçki konfransı keçirilmişdir
       İyunun 23-də QSC-nin baş ofisində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin I-ci hesabat seçki konfransı keçirilmişdir. Konfransa Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (AzN və QSİHİRK) məsul işçiləri, QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri qatılmışlar.
       Öncə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərovun giriş sözü ilə Konfransın işinə start verildi və Azərbaycan respublikasının himni səsləndirildi. Sonra Konfransın gündəliyi səsə qoyularaq iştirakçılar tərəfindən yekdilliklə qəbul edildi.
       Əvvəlcə HİK-nin 2006-2009 -cu illərdə fəaliyyəti haqqında hesabat məruzəsi ( HİK-nin sədri Ə.Ələkbərov) dinlənildi.
       Qeyd olundu ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar təşkilatlarının işində də xeyli dəyişiklik baş vermiş, onların fəaliyyətində demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Azərbaycan Respublikası həmkarlar ittifaqlarının 5 fevral 1993-cü ildə keçirilmiş I-ci qurultayında sovet inzibati amirlik sistemi dövründə yaranmış həmkarları ittifaqları şurası özünü buraxaraq səlahiyyətlərini Konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına (AHİK) verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyulmuş, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa və yeniliyə yol açılmışdır.
       Belə bir şəraitdə 2006-cı ilin iyul ayının 07-də təsis olunmuş "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsi də hesabat dövründə işçilərin ümumi mənafelərini qorunması öz üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırılması, sosial problemlərin həlli və mədəni kütləvi tədbirlərin həyata keçirilməsi sahəsində uğurlu nailiyyətlər əldə etmiş, gənclərlə iş və gender siyasətinin reallaşması istiqamətində HİK-nin rolunun artması sahəsində müsbət işlər görülmüşdür.
       Hesabat məruzəsi konfrans iştirakçıları tərəfindən müzakirə olunaraq qənaətbəxş hesab edildi. Sonra gündəlikdə duran digər məsələlər, HİK-nin sədrinin və sədr müavininin seçilməsi, HİK-nin tərkibinin və Təftiş komissiyası tərkibinin təsdiq olunması, hər biri ayrı-ayrılıqda səsə qoyularaq konfrans iştirakçıları tərəfindən qəbul olundu. Əli Ələkbərov yenidən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi.
       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev HİK-nin yeni seçilmiş heyətini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, çıxışına davam edərək bildirdi ki, respublikamızda və dünyada baş verən radikal dəyişikliklər, üzvlərinin və digər işçilərin iqtisadi sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini ifadə edən və həyata keçirən həmkarlar ittifaqı qarşısında vacib problemlərin həllinə yeni yanaşma tələb edən mühüm vəzifələr qoymuşdur. Baş direktor HİK-nin yeni seçilmiş heyətinin bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirdi.
       Bununla da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin I-ci hesabat seçki konfransı öz işini başa çatdırdı.

tarix : 23.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.