ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir



Xəbərlər

[29.06.2009]

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir
       İyunun 25-də QSC-nin baş ofisində kollektivin və Qarabağ müharibəsi veteranlarının iştirakı ilə Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir.
       Tədbiri giriş sözü ilə açan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev öncə xalqımızı, yığıncaq iştirakçılarını və kollektivin bütün üzvlərini bu bayram münasibətilə təbrik etdi və onlara Qarabağın işğaldan azad olunması qələbəsinin sevinc hissini yaşamalarını arzuladı.
       Sonra, Böyük Vətən müharibəsində və Qarabağın işğaldan azad olunması uğrunda şəhid olmuş ata-babalarımızın və mərd oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
       Baş direktor çıxışına davam edərək bildirdi ki, 1918-ci il iyulun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranmış və bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüququ əsas vermişdir.
       1991 -ci il oktyabrın 09-da isə Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etmiş və Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun - Silahlı Qüvvələr Günü elan olunmuşdur. Hər il xalqımız bu bayramı təntənə ilə qeyd edir.
       Soltan Əliyev daha sonra qeyd etdi ki, ordu quruculuğu sahəsində əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi düzgün siyasi kursun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu bütün Qafqazda ən nizami və ən qüdrətli ordudur. Bu bizim hər birimizdə fərəh hissi oyadır və Qarabağ torpaqlarının qısa müddətdə işğaldan azad olunmasına inamımızı artırır.
       Baş direktor bildirdi ki, hazırda kollektivimizdə 15-ə qədər Qarabağ müharibəsi veteranı və müharibə əlili çalışır. Bu mərd insanların Vətən qarşısındakı xidmətləri və keçdikləri döyüş yolları kollektivin gənc üzvləri üçün örnəkdir və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. O, qeyd etdi ki, QSC-də çalışan müharibə veteranları, müharibə əlliləri daimi rəhbərliyin diqqət mərkəzindədir və bundan sonra da onlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaqlar.
       Tədbirdə digər çıxış edənlər də, ordumuzun gündən - günə qüdrətlənməsi sahəsində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəklədiklərini, xalqımızda vətənpərvərlik ruhunun və qələbəyə inam hissinin yüksək olduğunu xüsusilə vurğuladılar. Onlar kollektivimizin bütün üzvlərini və xüsusilə müharibə veteranlarını bayram münasibəti ilə təbrik etdilər.
       Sonda QSC-də çalışan Qarabağ müharibəsi veteranlarına və müharibə əllilərinə pul mükafatları təqdim olundu.
       Müharibə veteranları və müharibə əlliləri onlara göstərilən bu qayğı və diqqətə görə QSC-nin rəhbərliyinə və kollektivin hər bir üzvünə öz minnətdarlıqlarını bildirdilər və hər zaman torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər.

tarix : 29.06.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.