ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

İyun ayında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat göstəriciləri qənaətbəxş olmuşdur
İyun ayında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat göstəriciləri qənaətbəxş olmuşdur



Xəbərlər

[2.07.2009]

İyun ayında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat göstəriciləri qənaətbəxş olmuşdur
       Qlobal iqtisadi böhran şəraitinə baxmayaraq, öz fəaliyyətində müasir texnika və texnologiyalara, qabaqcıl dünya təcrübəsinə, həmçinin potensial partnyorlarla səmərəli əməkdaşlıq münasibətlərinə əsaslanan "Ekol Mühəndislik Xidmətləri" QSC cari ilin iyun ayını uğurlu nəticələrlə başa vurmuş və bir çox xarici şirkətlərlə əməkdaşlıq münasibətlərinə geniş imkanlar yaranmışdır.
       QSC-nın aparıcı sahələrindən olan Tullantıların Emalı Departamentində (TED) iş ritmi əvvəlki qaydada davam etdirilərək "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəlikləri layiqincə yerinə yetirmişdir.
       Ötən ay TED-nın 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ) 947.4 min m3, 7-ci sahəsində isə ("Azərneftyağ" NEZ) 940 min m3 sənaye çirkab suları tullantılardan təmizlənərək bu zavodların təkrar istifadəsinə verilmiş, müvafiq olaraq 6-cı sahədə 520 ton, 7-ci sahədə isə 584 ton neftşlam emal olunaraq zərərsizləşdirilmiş, BP exploration (CASPİAN SEA) Limited Şirkətindən "Parafin təmizləmə sexi" nə daxil olan 24.4 ton parafin təmizlənmişdir.
       Torpaqların Rekultivasiyası Departamenti fasiləsiz olaraq "Salyan OİL" LTD nin mədən ərazilərində mexaniki rekultivasiya işlərini davam etdirmişdir.
       İyun ayında Ekoloji Monitorinq Departamenti də (EMD) üzərinə düşən öhdəlikləri əsasən yerinə yetirmişdir. Ay ərzində Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) tərəfindən Anion 7050 portativ analizatorunda bir sıra inqrediyentlərın təyini metodikaları araşdırılmış, yoxlama kalibrləmə işləri görülmüş, "Bayıl Limanı" DKQİİ, "Qum adası" DQİİ, "Neft Daşları"DQİİ və "Azneft" İB -nın istehsalat sahələrindən götürülmüş su nümunələri üzərində fiziki-kimyəvi analizlər aparılmışdır.
       Hesabat ayında EMD tərəfindən "Salyan OİL" LTD ilə bağlanmış müqaviləyə uyğun olaraq "Kürsəngi" və "Qarabağlı" neft-mədən ərazilərində formalaşmış qazma şlamının bioremedasiya layihəsinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanmış və texniki baxışdan keçirilmişdir. Sİİ-nin tabeliyində olan müəssisələr üçün radioekoloji vəziyyətin tədqiqi, radiogigiyenik və radiasiya təhlükəsizliyi pasportunun işlənib hazırlanması, Heydər Əliyev adına Dərin Özüllər Zavodu üçün radiasiya pasportu və toztutucu qurğunun faydalı iş əmsalının təyini, "Kompleks Qazma İşləri" tresti "Bayıl Limanı" DKQİ üçün Su Təsərrüfatı Pasportunun və Azəri Qazma Şirkəti üçün ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması istiqamətində işlər aparılmışdır.
       İyun ayında QSC-nın digər istehsalat sahələrində də işlər öz ahəngi ilə davam etdirilmiş, uğurlu nəticələr əldə olunmuşdur.

tarix : 02.07.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.