ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Azərbaycan və Özbəkistan Respublikalarının ikitərəfli əməkdaşlıq münasibətləri genişlənməkdədir
Azərbaycan və Özbəkistan Respublikalarının ikitərəfli əməkdaşlıq münasibətləri genişlənməkdədir



Xəbərlər

[22.07.2009]

Azərbaycan və Özbəkistan Respublikalarının ikitərəfli əməkdaşlıq münasibətləri genişlənməkdədir
       Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətində Mərkəzi Asiya dövlətləri sırasında Özbəkistanla əlaqələrin özünəməxsus yeri vardır. Azərbaycanla Özbəkistan arasında birbaşa qarşılıqlı əlaqələrin qurulması hər iki respublikanın hələ SSRİ-nin tərkibində olduğu vaxta təsadüf edir.
       Müstəqillik dövründə Azərbaycan-Özbəkistan münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş vermiş, ikitərəfli əməkdaşlıq münasibətlərinə təkan verilmiş, bütün sahələrdə olduğu kimi, neft sənayesi və ekologiya sahəsində də əməkdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
       Ötən ilin dekabrında ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev Özbəkistanda səfərdə olarkən, "Özbəkneftqaz" Milli Holdinq Şirkətində və "Ekonordragmet" Birgə Müəssisəsində bir sıra işgüzar görüşlər keçirilmiş, ikitərəfli əməkdaşlığa dair ilkin razılıq əldə olunmuşdur.
       Razılaşmaya əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC və "Ekonordragmet" Birgə Müəssisəsinin birgə fəaliyyəti nəticəsində "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin neftin hasilatı və emalı sahələrində ekoloji yönümlü layihələrin həyata keçirilməsi, həmçinin sorbentin Bakı şəhərində istehsalı üçün Alyans yaradılması nəzərdə tutulmuşdur.
       Fevral ayında "Ekonordragmet" Birgə Müəssisəsinin nümayəndə heyəti QSC-də olmuş və sorbentin birgə istehsalına dair Alyans müqaviləsi imzalanmışdır. Artıq sorbent istehsal edən qurğu Bakıya gətirilmiş və onun QSC-nin istehsalat sahəsinə quraşdırılması üçün hazırlıq işləri aparılır.
       ARDNŞ ilə "Özbəkneftqaz" Milli Holdinq Şirkəti arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə "İstehsalat fəaliyyətinin koordinasiyası və vahid texniki siyasətin həyata keçirilməsi" baş idarəsinin rəis müavini Olim Muradovun başçılığı ilə Özbəkistan nümayəndə heyəti iyulun 20-də Bakıya gəlmişlər.
       Həmin gün qonaqları ARDNŞ-nin I-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə qəbul etmişdir. Görüş zamanı hərtərəfli fikir mübadiləsi aparılmış və perspektiv əməkdaşlıq münasibətləri müzakirə edilmişdir. Sonra qonaqlar ARDNŞ-nin bir sıra təşkilatlarında olaraq istehsalat prosesləri ilə yaxından tanış olmuşlar.
       İyulun 21-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Özbəkistanlı qonaqlarla görüş keçirilmişdir. Qonaqlara QSC-nin fəaliyyəti, texniki imkanları və Alyans müqaviləsinin icrası barədə məlumat verilmiş, qarşılıqlı əməkdaşlıq münasibətləri və perspektiv planlar haqqında ikitərəfli geniş müzakirələr aparılmışdır.
       Özbəkistan nümayəndə heyətinin rəhbəri Olim Muradov səmimi görüşə və qonaqpərvərliyə görə QSC-nin rəhbərliyinə öz minnətdarlığını bildirmiş, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin potensial imkanlarının və "Özbəkneftqaz" Milli Holdinq Şirkətinin istehsalat sahələrində olan çoxsaylı ekoloji problemlərin həlli zəruriyyətinin ikitərəfli əməkdaşlıq münasibətlərinin genişlənməsinə əsas verdiyini və bu sahədə birgə müəssisənin yaradılmasının vacibliyini xüsusilə qeyd etdi. O, "Ekonordragmet" Birgə Müəssisəsi ilə bağlanmış Alyans müqaviləsinin hər iki müəssisə üçün böyük səmərə verəcəyini görüş iştirakçılarının diqqətinə çatdırdı.

tarix : 22.07.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.