ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində tədbirlər davam etdirilir
QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində tədbirlər davam etdirilir



Xəbərlər

[28.07.2009]

QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində tədbirlər davam etdirilir
       Milli Sertifikatlaşma Sistemində akkreditasiyadan keçmiş QSC-nin Kompleks tədqiqatlar laboratoriyası (KTL), dənizdə və quruda ətraf mühitin vəziyyətinin tədqiq edilməsi və analitik nəzarətin aparılması üzrə xidmət göstərir.
       KTL-da mövcud cihazların tam gücü ilə işləməsi, cihazlarda kalibrləmə işlərinin yeniləşməsi, avadanlıqların yoxlanılması və analizlərin aparılmasında keyfiyyətə nəzarətin gücləndirilməsi məqsədilə 2009-cu ilin birinci rübündə xeyli miqdarda kimyəvi təmiz reaktivlər, avadanlıqlar və laborator qablar alınmışdır.
       Hazırda QSC-də fəaliyyət göstərən mexaniki təmizləyici qurğuların (Alfa-laval dekantor qurğularının, Faset separator qurğusunun) səmərəliliyinin müəyyən edilməsi məqsədilə mütəmadi olaraq KTL-da dəniz suyu, neftşlam, torpaq, sənaye-tullantı suları, lay suları və s. götürülmüş nümunələrdə geniş spektrli tədqiqat işləri aparılır, onlarla inqredientlər təyin olunur .
       Bununla yanaşı, KTL-da ardıcıl olaraq QSC-nin "Sifarişçi" təşkilatlarının istehsalat sahələrindən götürülmüş nümunələrdə fiziki-kimyəvi göstəricilərin, biogen maddələrin, neft məhsullarının, fenolların, ağır metalların və s. inqredientlərin miqdarı müəyyən edilir.
       "Ekol Mühəndislik Xidmətləri" QSC sənaye axıntı sularından neft məhsullarının effektli ayrılması üçün daima müasir, iqtisadi və ekoloji cəhətdən səmərəli üsullar axtarışındadır. Bununla əlaqədar yerli və xaric şirkətlər tərəfindən müxtəlif bioloji və kimyəvi preperatların KTL-da sınaq təcrübələri aparılır və alınmış müsbət nəticələrə görə istehsalata tətbiq olunur. Bu ilin 6 ayı ərzində 4 müxtəlif tərkibli koaqulyant, microlife bakteriyaları və sorbent üzərində laborator təcrübələr aparılmışdır.
       Tədqiqat işlərinin daha müasir metod və standartlara müvafiq aparılması üçün KTL-nin mərhələli inkişaf etdirilməsi, eləcə də, ilkin mərhələdə bir-neçə cihaz və avadanlığın alınması, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə laboratoriyanın rekonstruksiya və təmir olunması da nəzərdə tutulmuşdur.

tarix : 28.07.2009

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.